Mercedes-Benz şirkəti yeni nəsil S-Class sedanının AMG versiyalarını Manufaktur proqramına əlavə edib. 2019-cu ildə Mercedes-Benz məşhur G-Class ofrouderi üçün G manufaktur fərdiləşdirmə proqramını işə salıb, 2021-ci ildə isə, Manufaktur layihəsi CLS, Mercedes-AMG GT, uzunbazalı S-Class və flaqman Mercedes-Maybach S-Class modellərinin sahibləri üçün də əlçatan olub.

2023-cü ildən başlayaraq yeni nəsil “bərkgedən” Mercedes-AMG S-Class sedanının sahibləri də öz avtomobillərini daha eksklüziv edə bilərlər. Manufaktur proqramı texniki dəyişiklikləri nəzərdə tutmur, ona görə də hibrid güc qurğusu dəyişməz olaraq qalır.

Proqramın kataloqunda eksklüziv Vintage Blue Uni, Silicon Grey Uni, Graphite Metallic, Mystic Blue Metallic, Olive Metallic və Rubellite Red Metallic rəngləri, eləcə də iki tutqun kuzov rəngi - Night Black Magno və Kalahari Gold Magno, - var.

İnteryeri Manufaktur Exclusive kataloqundan götürülmüş, mürəkkəb rombşəkilli tikişləri və ön oturacaqların baş dayaqlarındakı AMG basma-naxışı olan nappa dərisi üzləmək təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bahalı dəridən dirsəkaltıların və qapının mərkəzi panellərinin, mərkəzi konsolun, o cümlədən mərkəzi dirsəkaltı və ön panelin aşağı hissəsinin üzlənməsi üçün də istifadə olunur. AMG loqosu olan hündür xovlu ayaqaltılar və sükan çarxı avtomobilin salonu ilə eyni nappa dərisi ilə üzlənir.

Aksessuarlar kataloquna işıqlandırıln AMG loqosu olan qapı kandarları, mərkəzi konsoldakı xromla örtülmüş Manufaktur nişanı və arxa rəfdəki tikmə-naxış da daxil edilib. Opsional Emblem Package paketi xalılara işlənmiş platin və ya qızılı rəngli AMG loqolarını, habelə AMG loqotipinin animasiyalı proyeksiyası olan qapıların ətraf işıqlandırmasını ehtiva edir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.