Cari nəsil Mercedes-Benz CLS modeli 2017-ci ilin payızında debüt edib, buna görə də onun yenilənməsi üçün hələ tezdir. Buna baxmayaraq, "Olivye" bu yaxınlarda yenilənmiş E-Class modelindən bəzi elementlərini əldə edib. Şirkət, bu yeniləməni 2021 model ilinin başlanmasına həsr edib. Əvvəlki palitraya əlavə edilmiş bir neçə yeni kuzov rəngini çıxmaq şərti ilə, dördqapılı kupenin eksteyeri dəyişilməyib. Bununla belə, mühəndislər modelin mühərrik çeşidinə yenidən nəzər gəzdiriblər. Üstəlik, CLS yeni MBUX mediasistemini də əldə edib.

CLS modeli əvvəlki Comand multimedia sistemi ilə təchiz edilmiş son modellərdən biri idi. Daha müasir MBUX kompleksi isə, CLS modelinin debütündən bir il sonra, 2018-ci ilin əvvəlində yeni A-Class hetçbekində  debüt etmişdi. Mercedes-Benz E-Class modeli MBUX sistemini yenilənmə zamanı əldə edib. İndi isə növbə CLS modelinə çatlb. Yeni "içalatın" olmasına baxmayaraq, ekran əvvəlki kimi 12,3-düymlük ölçüsünü qoruyub saxlasa da, sensorlu olub. Avtomobilin yeni multimedia sistemi ilə təchiz edildiyinin göstəricisi kimi mərkəzi toneldə quraşdırılan şaybasız taçpad işarə edir.

Mercedes-Benz CLS 400 d 4Matic versiyasının təchiz edilidyi 3,0-litrlik dizel mühərrikinin (OM 656) gücü 340 at qüvvəsindən 330 at qüvvəsinə qədər azaldılsa da, fırlanma anı eyni qalıb - 700 Nm. Təkmilləşdirilmiş avtopilot, artıq bir dəqiqədən az davam edən dayanmadan sonra, avtomobilin hərəkətini sərbəst şəkildə bərpa edə bilər. Avtomatik əyləcləmə sistemi isə əks istiqamətdən sola dönən  avtomobilin qarşısında sərbəst şəkildə yavaşlaya bilər. Bundan başqa, Mercedes-Benz CLS modeli opsional kor zonalara nəzarət funksiyasına da sahib olub. Bu sistem qapılar açılarkən təhlükəni aşkar edərsə, dərhal sərnişini bu barədə xəbərdar edir.

Yenilənmiş Mercedes-Benz CLS modelinin Avropadakı satışlarına artıq start verilbdir.  CLS modelinin plan üzrə nəzərdə tutulmuş yenilənməsi 2021-ci ilin ilk yarısında baş tutmalıdır. Yenilənmə modelin eksteryer və interyerdəki dəyişikliklər, həmçinin mühərrik çeşidinin təkmilləşdirilməsi ilə nəticələnəcəkdir.