Mitsubishi Motors şirkəti iki yeni modeli təqdim edəcəyini bəyan edib. İstehsalçının mətbuat xidmətinin dərc etdiyi tizerdə Mirage hetçbekinin və Attrage sedanının siluetləri nümayiş etdirilir. Yenilənmədən keçən hər iki model 18 noyabr tarixində Tailandda debüt edəcəkdir. Yenilənmiş modellərin istehsalı Laem Çabanqdakı zavodda təşkil olunacaqdır.

Mitsubishi Attrage sedanı bir sıra bazarlarda, o cümlədən Avropada SpaceStar adı ilə satılır. Mitsubishi Mirage isə digər bazarlarda Mirage G4 kimi tanınır. Dərc edilmiş tizerdən Mirage və Attrage modellərinin firma X üslubunda  ön hissəyə sahib olduğu aydın görünür.