Tesla Motors şirkətinin başçısı İlon Mask “şirkətin ən yaxşı məhsulu” adlandırdığı elektrik pikapının təqdimat tarixini açıqlayıb. Pikap 21 noyabr tarixində Los Ancelesdə Space X raket zavodunun yaxınlığında keçiriləcək tədbirdə nümayiş etdiriləcəkdir.

Mask bu tarixin təsadüfən seçilmədiyini bildirib. Məlumdur ki, qeyri-rəsmi olaraq Cybertruck adlandırılan modelin yaradılması zamanı mühəndis və dizaynerlər hadisələrin 2019-cu ildə cərəyan etdiyi 1982-ci ilin “Bıçaq üzərində qaçış” filmindən ilham alıblar.

Bu ay təqdim ediləcək pikap haqqında kifayət qədər məlumat verilməyib. Bir müddət bundan öncə, Mask öz tvitlərində pikapın təchizatına ikimühərrikli güc qurğusunun, yüklənmə səviyyəsinə görə dinamik şəkildə uyğunlaşan asqının, avtomatik parking sisteminin daxil olacağını bildirmişdi. Yük platformasının qapısı şarnirli dördbucaqda fırlanaraq yerə qədər enəcəkdir. Dolu batareyalaral pikap 640-805 kilometr qət edəcəkdir.