Morgan Motors şirkəti 3 mart tarixində işinə başlayaca Cenevrə avtosalonunda tamamilə yeni modeli təqdim edəcəkdir. Bu günə qədər, yeni model haqqında ətraflı məlumat verilməyib. Yeganə məlum olan avtomobilin dördsilindrli mühərrikə sahib olacağı və opsional mexaniki ötürmələr qutusu ilə təklif ediləcəyidir. Yeni model alüminiumdan hazırlanmış CX-Generation platforması üzərində inşa olunacaqdır.

İngilis markası daha ətraflı məlumatı açıqlamasa da,tizerdən göründüyü kimi, yeni model Morgan markasına məxsus ənənəvi görünüşdə sahib olacaqdır. Çox güman ki, yeni avtomobil uzunömürlü Morgan Plus 4 modelinin ideoloji varisi olacaqdır. Xatırladaq ki, bu ilin yanvar ayında şirkət Morgan Plus 4 modelinin vida versiyasını buraxıb.

Morgan Plus 4 rosdteri 1950-ci ildən başlanaraq istehsal olunur və sonrakı 70 il ərzində bu avtomobillərin dizaynında ciddi dəyişikliklər baş verməyib  - son günə qədər salonu əhatə edən kuzovun taxta skeleti də qorunub saxlanılıb.

Yubiley versiyanın mühərrik bölməsində, hasilatı 156 at qüvvəsindən 182 at qüvvəsinə qədər artırılmış 2,0-litrlik dördsilindrli mühərrik yerləşir. Güc qurğusunda başqa dəyişiklik olmayıb. Mühərrikin fırlanma anı arxa oxa 5-pilləli mexaniki ötürmələr qutusu vasitəsi ilə ötürülür.