Rolls-Royce və Lamborghini şirkətlərindən sonra Bentley də il ərzində rekord satışlara nail olduğunu bəyan edib. Dəbdəbəli avtomobil istehsalçısı tarixində ilk dəfə 15 mindən çox avtomobil satdığını açıqlayıb. Ən populyar model isə 40 faizlik payla yenə də Bentayga krossoveri olub. 2022-ci ildə hibridlər və uzadılmış krossoverlər, habelə Continental GT Speed kupesi və Flying Spur Hybrid sedanı yaxşı satılıb.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, Bentley tarixində ilk dəfə olaraq bir il ərzində 15 mindən çox avtomobil satıb. Daha dəqiq desək, britaniyalılar öz müştərilərinə 15 174 avtomobil təhvil veriblər ki, bu da 2021-ci illə müqayisədə 4% çoxdur. Artımın drayverləri Amerika, Avropa və Çin olub. Ən populyar model isə yenə Bentayga (42% payla) olub, özü də alıcıların əksəriyyətini hibrid və ya Extended Wheelbase versiyası maraqlandırıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışların üçdə birini Continental GT kupesi və Continental GTC kabrioletləri təşkil edib. GT Speed ən yaxşı nəticə göstərib – o, Continental ailəsinin ümumi satışlarının 31 faizini təşkil edib. Flying Spur xəttində isə eyni paya Flying Spur Hybrid versiyası sahib olub. Eyni zamanda, brendin vətəni Böyük Britaniyada ən qənaətcil Bentley modelinin payı 65 faiz olub.

Mulliner atelyesi də yaxşı işləyib. 2022-ci ildə dünyanın ən yaşlı kuzov atelyesi 500 eksklüziv avtomobil inşa edib. Parlaq mavi Spark rəngində olan Bentley Flying Spur S Hybrid yubiley avtomobili olub. Ümumiyyətlə, son beş ildə fərdi layihələrin sayı beş dəfə artıb: təkcə keçən il Mulliner əvvəlki yeddi il ərzində inşa etdiyi avtomobillərin yarısını buraxıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.