1972-ci ildə yaradılan BMW M bölməsi özünün yarım əsirlik yubileyini qeyd edir. İlkin olaraq, avtomobillərin yarışlara hazırlanması üzrə ixtisaslaşan, sonra isə “bərkgedən” BMW modellərinin yaradıçısı olan bölmə, avtoidmandakı tarixini də unutmur. BMW M bölməsinin 50-ci ildönümünə həsr olunmuş “Şimal ilgəyində” keçiriləcək 24 saatlıq yarışda xüsusi livreyeya malik olan ən yeni BMW M4 GT3 kupesi iştirak edəcəkdir.

“Müasir və dinamik dizayn” kimi təsvir edilən livreya özündə klassik BMW M rənglərini - kuzovun əsas ağ və qara rəngləri ilə birləşdirilmiş mavi, qırmızı və bənövşəyi çalarları cəmləyəcəkdir.

Livreyanın əsas dekorativ elementləri, “yubiley” avtomobili hətta gecələr də trekdə görünən edəcək, işığı əks etdirən örtükdən hazırlanmış “M” hərfi və 50 rəqəmi olacaqdır. BMW M4 GT3 kupesi bu yarışda, 1999-cu ildə əsası qoyulmuş və o vaxtdan bəri alman markası ilə fasiləsiz əməkdaşlıq edən Schubert Motorsport komandasını təmsil edəcəkdir.

"Yubiley" kupesinin sükanı arxasında BMW M Motorsport komandasının zavod pilotları - fin Cessi Kron, almanlar Yens Klinqman və Niklas Krutten, habelə britaniyalı Aleksandr Sims əyləcəkdir. Xatırladaq ki, “Nürburqrinqin 24 saatı” yarışı may ayının sonunda keçiriləcəkdir. “Şimal ilgəyindəki” böyük yarış həftəsonu 26-29 may, 24 saatlıq yarışın özü isə, 28-29 may tarixlərində baş tutmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.