BMW Blog saytı M bölməsinin ilk seriya hibridinin təqdimatının keçiriləcəyi tarixi öyrənib – “bərkgedən” XM hybrid krossoveri iki həftə yarım sonra, sentyabrın 27-də nümayiş etdiriləcəkdir. “Mülki” M-hibridinin 4.4-litrlik V8 mühərrikinə əsaslanan güc qurğusu ilə təchiz ediləcəyi, “əmtəə” versiyasının dizaynının isə, keçəın ilin sonunda təqdim edilmiş eyniadlı konsept ilə müqayisədə nəzərəçarpacaq dərəcədə sadə olacağı məlumdur. Hibrid krossover 100 km/saat həddinə təxminən 3,5 saniyəyə sürətlənəcəkdir.

Əslində hibrid krossoverin görünüşü sirr deyil - XM modelinin patent təsvirləri Yaponiyanın patent orqanının bazasında dərc edilib. Avtomobil X7 və 7 Series modellərinin üslubunda olan ikimərtəbəli optikasını, habelə yan panellərə səliqəli şəkildə inteqrasiya olunmuş arxa fənərlərini qoruyub saxlayacaqdır. Bundan başqa, patent təsvirlərində buraxılış sisteminin dörd çıxış borusu olan iri diffuzor da diqqəti çəkir.

BMW şirkəti seriya avtomobilinin maksimal dərəcədə konseptə bənzəyəcəyini vəd edir. Xatırlatmaq istərdik ki, bir müddət bundan əvvəl, alman markasının fanatları XM krossoverinin dizaynını lağa qoymuşdular. 

Keçən ilin sonunda təqdim edilən avtomobilin şəklini dərc edən şirkət, izləyicilərindən yeni avtomobillə hara getmək istədiklərini soruşub. Alman brendinin əksər pərəstişkarları avtomobili sərt tənqid edib və brend ilə məzələniblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.