Bugatti şirkəti Pebbl-Biçdə keçiriləcək zəriflik müsabiqəsində məhdud sayda buraxılacaq yeni hiperkarı nümayiş etdirəcəkdir. Bu barədə anonim mənbə xəbər verib. Yeni hiperkarın fransız markasının digər modellərindən seçiləcəyi və onun ilham mənbəyinin EB110 SS modeli olacağı söylənilir.

Yeni Bugatti modelinin adı açıqlanmasa da, onun hər hansı şəkildə isə, italyan iş adamı və Bugatti markasının sabiq rəhbəri Romano Artiolli ilə əlaqəli olduğu söylənilir. Məhz onun rəhbərliyi zamanı, fransız markasının yeni modelinin ilham mənbəyi olan Bugatti EB110 SS modeli işıq üzü görüb. Yeni hiperkarın tirajı 10 nüsxədən ibarət olacaq. Hiperkarın hər bir nüsxəsi səkkiz milyon avroya satılacaqdır.

Bugatti EB110 SS modeli 1992-ci ildə Cenevrə avtosalonunda debüt edib. S variantı adi sportkardan iri yanacaq ciləyiciləri, axına aşağı müqaviməti olan buraxılış sistemi, aşağı salınmış çəkisi və karbon-kevlar kuzov panelləri ilə seçilirmiş. Bugatti EB110 S kupesi 611 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik dörd turbokompressorlu V12 mühərriki ilə təchiz edilirdi. Kupe yerindən 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənirdi.