BYD Seal (“Suiti”) sedanı BYD Dolphin hetçbekinin keçən il təqdim etdiyi Marine elektrik ailəsinin ikinci modelidir. Hər iki model yeni üçüncü nəsil modul platformada (e3.0) inşa edilib, lakin əgər Dolphin modelində tərtibatçılar avtomobilin qiymətini azaltmaq üçün bir sıra güzəştlərə getməli olsalar da, Seal modelində bu platforma üçün nəzərdə tutulan bütün texnologiyalar tətbiq edilib. Təsadüfi deyil ki, BYD nümayəndələri Seal modelinin əsas rəqibinin yeni Tesla Model 3 sedanının olduğunu iddia edirlər.

Lakin BYD Seal sedanı amerikalı rəqəibdən daha böyükdür: o, rəqibindən 106 millimetr (4800 millimetr) uzundur, təkər bazasının ölçüsünə görə isə, 45 millimetr (2920 millimetr) üstündür. Amma eninə və hündürlüyünə görə hər iki avtomobil demək olar ki, eynidir.

Yeni e3.0 platforması 800 voltluq elektrik sistemini, kuzovun güc strukturuna inteqrasiya olunmuş dartma batareyasını və istilik nasosu olan iqlimə nəzarət sistemini ehtiva edir. Bundan əlavə, sedanın öndə ikiqat köndələr qolları, arxada isə beşqollu asqısı olan “böyük” şassisi də var.

BYD şirkətinin baş dizayneri Volfqanq Eggerin başçılıq etdiyi komanda, dəniz mövzusundan ilhamlanaraq yeni Marine Aesthetics konsepsiyası hazırlayıb. Məsələn, ön bamperdə və kandarlardakı kəsiklər qəlsəmələri xatırlatmalıdır. Sükan çarxının tərtibatı quyruq üzgəcini, havalandırma sisteminin kənarlardakı deflektorları isə yan üzgəcləri xatırladır.

BYD dizaynerləri Tesla modellərinə xas olan daxili minimalizmini kor-koranə köçürməyiblər. BYD Seal standart olaraq proyeksiya ekranı və tamölçülü cihazlarr ekranı ilə təchiz edilir.

Ayrıca düymələr və fırlanan barabanlar qorunub saxlanılıb, mərkəzi tuneldəki “büllur” coystik isə, ötürmə rejimlərinin dəyişdirilməsinə cavabdehdir. Avadanlıqlar siyahısına adaptiv kruiz-kontrol və zolaq saxlama sistemi daxildir, lakin Tesla modelində olduğu kimi, avtopilotdan söhbət getmir.

BYD Seal Blade ailəsindən olan, lakin tutumu açıqlanmayan litium-dəmir-fosfat batareyası ilə təchiz edilir. Üç modifikasiyadan seçim təklif edilir ki, onlardan ikisi arxa ötürməlidir. 

Baza sedanı 204 at qüvvəli mühərrikə və pasport üzrə 550 kilometrlik yürüş məsafəsinə malikdir. İkinci versiyanın parametrləri isə, müvafiq olaraq, 313 at qüvvəsi və 700 kilometrdir.

Tam ötürməli top versiyada ön oxda 218, arxa oxda isə 313 at qüvvəli mühərrik quraşdırılıb. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 530 at qüvvəsidir. Ən güclü sedan dolu batareya ilə 650 kilometr qət edə və 100 km/saat həddini 3,8 saniyəyə toplaya bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BYD Seal sedanı bu ilin may ayında Çin bazarında satışa çıxarılacaqdır. Elektrokarın təxmini qiyməti 34 -43 min dollar arasındadır. Müqayisə üçün qeyd edək ki, burada yerli istehsal olan Tesla Model 3 modelinin qiyməti 44 min dollardan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.