Mercedes əlifbasında yeni hərf peyda olub: Renault Kangoo modelinin əsasında yaradılmış Mercedes-Benz Citan furqonuun yaxşı təchizata malik olan sərnişin versiyaları T-Class adlandırılıb. Marketoloqlar böyük kommersiya modellərində çoxdan istifadə edilən sxemi əsas olaraq götürüblər: bildiyimiz kimi, belə furqonlar və sadə sərnişin variantları Vito, zəngin minivenlər isə V-Class adlanır.

Bununla belə, V-Class Vito modelindən zahiri cəhətdən fərqlənirsə, təchizat baxımından isə ənənəvi Mercedes-Benz avtomobillərindən geri qalmırsa, T-Class ilə Citan arasındakı fərq cüzidir: T-Class elektriklə tənzimlənən oturacaqlar və ya panoram dam kimi bahalı opsiyalara malik deyil. Bu, daha keyfiyyətli salon tərtibatına və genişləndirilmiş avadanlıq siyahısına malik olan eyni Citan/Kangoo modelidir.

Mercedes-Benz T-Class ilə utilitar Citan modeli arasındakı xarici fərqlər cüzidir. T-Class yalnız ön bamperdəki qara əlavələr (o da bütün təchizat səviyyələrində deyil), habelə 16 və ya 17 düymlük təkər diskləri ilə seçilir. Əlbəttə ki, bamperlər standart olaraq kuzovla eyni rəngə boyanır.

Keçən ilki Mercedes-Benz Concept EQT konsept avtomobili daha fərqli, daha aqressiv dizayn vəd etsə də, çox güman ki, belə dizaynı daha sonra işıq üzü görəcək elektrik versiyası üçün saxlanılıb.

T-Class standart olaraq halogen, opsional olaraq isə LED ön fənərlər ilə təchiz edilir. Taybatay və ya yuxarı açılan beşinci qapını seçmək olar. İndiyədək yalnız standart təkər bazası və iki oturacaq sırası olan versiya təqdim edilib.

Avtomobilin uzunluğu 4498 millimetrdir. Daha sonra yeddi nəfərlik salona malik olan uzadılmış T-Class modeli debüt edəcəkdir - hələlik belə variant opsional olaraq belə orijinal Kangoo modelində yoxdur.

Salonda, Citan Tourer modelindən fərqli olaraq, açıq metal səthlərin genişləndirilmiş plastikdən tərtibatı var: çılpaq səthlər demək olar ki, qalmayıb. Bununla belə, Kangoo ilkin olaraq belə tərtibata malikdir.

Baza təchizatına yeddi düymlük ekranı olan MBUX media sistemi, düymələri və sensor panelləri olan sükan çarxı, bort kompüterin rəngli ekranı və elektrik əl əyləci daxildir. Əlavə ödəniş müqabilində oturacaqların təzadlı əlavələri olan süni Artico dərisi ilə üzlənməsini sifariş etmək olar.

İkinci sıranın oturacaqları, Kangoo modelindəki kimi, 60:40 nisbətində bölünən divandan  ibarətdir. Üç ayrı oturacaqları sifariş etmək mümkün deyil, baxmayaraq ki, bəzi rəqiblərdə belə opsiya mövcuddur. Arxa elektrik şüşələri “bazada” var, Citan isə standart olaraq yalnız açılan nəfəsliklərlə təklif edilir.

Amma təhlükəsizlik baxımından modellər arasında heç bir fərq yoxdur: həm sərnişin Citan Tourer modeli, həm də T-Class yeddi təhlükəsizlik yastığı, avtomatik əyləcləmə və zolaqda saxlama sistemlərinə malikdir. Adaptiv kruiz-kontrol opsiyadır.

Hər iki Mercedes-Benz modelinin mühərrik çeşidi demək olar ki, eynidir (Renault Kangoo modelinddən götürülüb), lakin T-Class 75 at qüvvəli dizel mühərriki ilə təklif edilməyəcək. T 160 d (95 at qüvvəsi) və T 180 d (116 at qüvvəsi) modifikasiyaları 1,5-litrlik turbodizel, T 160 (102 at qüvvəsi) və T 180 (131 at qüvvəsi) versiyaları 1,3-litrlik dördsilindrli benzin turbomühərri ilə təchiz edilirlər.

Əsas ötürmələr qutusu altı pilləli mexaniki transmissiyadır, 95, 116 və 131 at qüvvəli versiyalar üçün iki muftalı yeddi pilləli “robot” da nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Almaniyada Mercedes-Benz T-Class modeli üçün ən azı 30 min avro tələb ediləcəkdir. Müqayisə üçün: burada Citan Tourer modelinin qiyməti 22,300 avrodan başlayır, lakin onun ilkin versiyasının avadanlıq siyahısı demək olar ki, “boşdur”. Renault Kangoo modelinin sərnişin versiyasını almaq üçün isə, minimum 25 400 avro ödəmək gərəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.