Changan CS75 Plus adı altında 2019-cu ildə debüt edən CS75 krossoverinin ikinci nəsli gizlənir. İlk modernləşdirmə bundan bir il yarım əvvəl keçirilib və yenilənmə kifayət qədər genişmiqyaslı olub: krossoverin görünüşü dəyişdirilib, yeni interyer peyda olub və texniki hissəsi təkmilləşdirilib. Buna baxmayaraq, Changan CS75 Plus modeli yenidən restaylinqə məruz qalıb. Lakin bu dəfə dəyişikliklərin miqyası o qədər geniş deyil.

Bu dəfə kuzov panellərinə, ön və arxa fənərlərə toxunulmayıb, lakin çərçivəsiz radiator barmaqlığı olan yeni ön bamper “yetmiş beş” modelini daha prestijli Uni seriyasından olan avtomobillərə bənzədib. Özü də, əvvəllər alternativ olan idman dizaynı artıq təklif edilmir: bütün versiyalar eyni “üzə” malikdirlər.

Arxa bamperdə yeni psevdodiffuzor quraşdırılıb, təkər diskləri isə dəyişdiriliblər. Yeni aerodinamik dayaq avtomobilin uzunluğunu 10 mm artıraraq 4710 millimetrə çatdırıb. Salonda heç bir dəyişiklik yoxdur. Yalnız yeni tərtibat variantları peyda olub. 12,3 düymlük iki ekranı olan ön panel əvvəlki kimidir.

Changan CS75 Plus iDD

Mühərrik çeşidində hələlik dəyişiklik yoxdur. Changan CS75 Plus modeli 1,5-litrlik (188 at qüvvəsi, 300 Nm) və 2,0-litrlik (232 at qüvvəsi, 390 Nm) turbomühərriklər ilə təchiz edilir. Hər iki güc aqreqatı səkkiz pilləli Aisin “avtomatı” ilə tandemdə çalışır.

Ötürmə - yalnız ön oxadır. Lakin tezliklə yenilənmiş krossoverin modifikasiya çeşidində, Changan Uni-K krossoverindən götürülmüş iDD güc qurğusu ilə hərəkətə gələn plagin hibrid peyda olacaqdır.

Changan CS75 Plus iDD

Güc qurğusunun tərkibinə 1,5-litrlik turbomühərrik (170 at qüvvəsi, 255 Nm) və altı pilləli “avtomata” quraşdırılmış dartma elektrik mühərriki (150 at qüvvəsi, 330 Nm) daxildir. Sistemin ümumi gücü "300 at qüvvəsindən çoxdur", lakin ötrümə istənilən halda yalnız ön oxadır.

Maksimal sürət 200 km/saatdır. Belə krossover sırf elektrik rejimində də hərəkət edə biləcəkdir. Bütün spesifikasiyalar daha sonra açıqlanmalıdır, çünki hibridlərin satışlarına yayda start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt

Çində benzin mühərriklərli yenilənmiş krossoverləri artıq 18.000-22.000 dollar arasında dəyişən qiymətlərlə almaq olar. Üstəlik, 2021 və 2019-cu illərin versiyaları da yerli çeşiddə qalıblar! Onlar bir qədər ucuzdurlar – qiymətlər 17 min dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.