2020-ci ildə 500 və Panda hibridləri Fiat markasının model xəttinin elektrikləşdirilməsinə təkan verib. Fiat 500X Hybrid və Tipo Hybrid modellərinin peyda olması ilə bu prosesin başa çatdığını söyləmək olar. Həm Tipo, həm də 500X modeli 1.5 FireFly benzin “turbodördlüyünün” və 48-voltluq elektromotorun birləşməsini istifadə edir. Bəzi hallarda hibridlər benzin mühərrikini işə salmadan hərəkət edə bilirlər. Üstəlik, onlar şəhər rejimində 1,6-litrlik dizel mühərriki ilə hərəkətə gələn versiyalardan daha az yanacaq sərf edirlər.

Hibrid Fiat modellərinin güc qurğusu e-Hybrid indeksli Jeep modellərində istifadə edilən qurğu ilə bənzərdir. Qurğunun əsasını 1,5-litrlik FireFly turbomühərriki (130 at qüvvəsi, 240 Nm) təşkil edir. Mühərrik 48-voltluq elektromotorun (20 at qüvvəsi, 55 Nm) quraşdırıldığı iki muftalı 7-pilləli “robot” ilə tandemdə çalışır. Elektromotor nəinki sürətlənmə zamanı yardım edir, həmçinin sırf elektrik dartması ilə hərəkət etməyə və parklanmağa şərait yaradır. İstehsalçının hesablamalarına görə, əsas mühərrik səhər rejimində istifadə vaxtının 62 faizinə, qarışıq rejimdə isə 47 faizinə qədərində sönmüş halda qala bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibridlərin digər üstün cəhəti zərərli tullantıların səviyyəsinin 11 faiz, turboçalanın və yanacaq sərfiyyatının azaldılmasıdır. Məsələn, Tipo Hybrid WLTP şəhər rejimində 100 kilometrə 4,7 litr yanacaq sərf edir. Müqayisə üçün, dizel versiyasında bu göstərici beş litrdir. Fiat 500X Hybrid modeli 100 km/saat həddinə 9,4, Tipo Hybrid isə 9,0 saniyəyə sürətlənir.

Hibrid avtomobillərə sifarişlərin qəbuluna bu ayın sonunda başlanacaqdır. Hazır avtomobillərin diler mərkəzlərinə aprel ayında çatdırılmalıdırlar. 500X Hybrid krossoveri Fiat şirkətinin Melfidəki (İtaliya) müəssisəsində, Tipo Hybrid modeli isə, Türkiyədəki Tofaş zavodunda buraxılacaqdır. Modelləri arxa görüntü kamerası, açarsız giriş, 15 kilovat gücündə simsiz doldurma qurğusu (yalnız Tipo üçün), habelə adaptiv uzaq işıqlar, zolaqda saxlama funksiyası və yol nişanlarının tanınması sistemi də daxil olan elektron yardımçılar dəsti ilə sifariş etmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.