Baidu və Geely tərəfindən yaradılmış JiDU şirkəti ilk modelini - Robo-01 elektrik krossoverini təqdim edib. O, iki lidarlı avtopilot, səslə qarşılıqlı əlaqə sistemi və süni intellektlə işləyən fənərlər da daxil olmaqla, qabaqcıl texnologiyalar ilə təchiz edilib. “Robokarın” mediasistemi dördüncü nəsil Snapdragon platformasında işləyir, 3D naviqasiyası və xarici verilənlər bazasına giriş tələb etməyən səsli köməkçiyə malikdir.

JiDU startapı keçən ilin aprelində Baidu İT şirkəti (55%) və Geely holdinqi (45%) tərəfindən “ağıllı elektromobillərin” yaradılması və istehsalı məqsədi ilə yaradılıb. Yeni birgə müəssisə Baidu şirkətinin süni intellekt və şəbəkə xidmətləri sahəsindəki bütün nailiyyətlərini, habelə Geely konserninə 2,5 milyard dollara başa gələn SEA platformasını əldə edib.

Bu əməkdaşlığın ilk nəticəsi Intelligent Car 3.0 dövrünün yeni nəsil avtomobillərini nümayiş etdirən Robo-01 krossoveridir. Elektromobildə aktiv deformasiyaya uğrayan konstruksiyalardan, yəni müxtəlif dərəcəli hərəkətliliyə malik olan elementlərindən istifadə edilir.

Onların arasında kapotdan çıxan lidarlar (süni intellektlə idarə olurlar), hərəkət edən arxa ROBOWing antiqanadı, qatlanan U formalı sükan, yuxarı qalxan peyk-dinamiklər və adaptiv Zero Gravity oturacaq başlıqları var.

Robo-01 modelinin çərçivəsiz ön qapıları yuxarı, arxa qapılar isə aristokratik şəkildə hərəkət istiqamətinin əksinə açılırlar. Krossover süni intellektə malik olan pikselləşdirilmiş fənərləri və səslə qarşılıqlı əlaqə sisteminin köməyi ilə sahibinin emosiyalarını tanıya və öz emosiyalarını ifadə edə bilir.

Salonda ön panelin eni boyunca uzanan böyük ekran quraşdırılıb (4-cü nəsil Snapdragon platforması ilə təchiz olunub) və fiziki düymələrdən tam şəkildə imtina olunub.

Robo-01modelinin avtomatlaşdırılmış idarəetmə sistemi iki Nvidia Orin X çipi və 31 sensoru olan açıq Baidu Apollo platformasından istifadə edir. İki lidardan başqa, beş millimetrlik radar, 12 ultrasəs sensoru və 12 kamera var.

Elektronika üç idarəetmə ssenarisindən (magistral, şəhər və parkinq) birinə avtomatik şəkildə uyğunlaşır, trafik işıqlarını tanıyır, maneələrdən yayınır, magistral yola daxil olub və onu tərk edə bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, Robo-01krossoverində bütün müasir texnologiyalar tətbiq olunur: “naqillərlə” idarəetmə, yüksək sürətli 5G rabitəsi, C-V2X protokolu və “hava üzərindən” yenilənmələr. Elektrik krossover 90% seriya modelinə uyğun gəlir və ilkin məlumata görə, gələn il satışa çıxarılacaqdır. Krossover Geely şirkətinin müəssisələrində istehsal olunacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.