Geely şirkəti HaoYue adlandırdığı iri krossoverin ilk rəsmi şəkilini dərc edib. Bu krossover əvvəllər VX11 kod adı ilə tanınırdı. Yeddi yerli salona və zəngin avadanlıq siyahısına malik olan krossover ilk ərizndə yerli bazarda satılmağa başlayacaqdır.

Geely şirkətinin mətbuat xidməti avtomobilin texniki hissəsi barədə məlumat verməyib. Bununla belə, Çinin sertifikatlaşdırma orqanları avtomobil haqqında bəzi məlumatı sızdırıblar. Geely HaoYue modelinin qabarit uzunluğu 4835 mm, eni – 1900 mm, hündürlüyü – 1780 mm, təkər bazası isə 2815 mm-dir. Bu, çin markasının bayraqdar krossoverinin ölçülərinə görə Toyota Highlander (4890x1925x1720 mm)modelinə yaxın olacağında xəbər verir.

Yeni bayraqdar krossover yerli bazarda 177 at qüvvəli turboüçlük, və 184 at qüvvəli 1,8-litrlik turbodördlük ilə təklif ediləcəkdir.  Transmissiya barədə məlumat verilməsə də, avtomobilin 7-pilləli “robot”, ön və tam ötürmə ilə təklif ediləcəyini gözləmək olar. Bundan başqa, HaoYue modelinin matrisa tipli ön fənərlər, panoram tavan, adaptiv kruiz-kontrol və dairəvi görüntü kameraları ilə təchiz ediləcəyi ehtimallar arasındadı.

Mənbə: autohome.con.cn