Hyundai şirkətinin "bərkgedən" modellərinin inşası ilə məşğul olan N idman bölməsi Palisade və Nexo krossoverlərinin, eləcə də Prophecy elektrik konseptinin "qaynar" versiyalarının təsvir edildiyi eskizləri yayıb. Şirkətin rəsmi Instaqram hesabında dərc edilmiş eskizlər koreya markasının dizaynerlərinin 1 aprel üçün hazırladıqları sürprizdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Palisade N, Nexo N və Prophecy N modellərinin ümumi cəhəti kuzovun Performance Blue rəngi, kuzov dəstinin perimetri boyu uzanan qırmızı haşiyələr və aqressiv aerodinamik "dayaqdır". Krossoverlər buraxılış sistemini dörd çıxış boruları və elektrokar isə ön qanadlardakı "qəlsəmələr" ilə fərqlənir. Avtomobillərin dizaynı mövcud olan N-modellərinin üslubunda tərtib edilmiş, lakin onlar daha güclü aerodinamik xüsusiyyətlərə malikdirlər.