Hyundai şirkəti yenilənmiş Kona krossoverinin və onun N Line idman versiyasının ilk görüntülərini dərc edib. İstehsalçının iddiasına görə, yenilənmiş krossoverlərin eksteryeri Sensuous Sportiness üslubuna uyğundur. Yenilənmiş krossover yaxın zamanda debüt etməlidir.

Yenilənmiş Hyundai Kona modeli bir qədər enli olub, həmçinin "köpək balığı burnu" üslubunda ön hissəni, fərqli bamperləri və LED gündüz hərəkət işıqlarını əldə edib. Kona N Line modeli daha aqressiv görünür: krossover iri ölçülü ön hava girişləri və bamperin kənarlarındakı qanadcıqlar, həmçinin radiator barmaqlığının üstündəki üç kəsik ilə fərqlənir.

Koreyalı jurnalistlərin bildirdiyinə görə, Kona N Line modfikasiyasının kapotunun altında Smartstream ailəsindən olan  217 at qüvvəli 1,6-litrlik turbomühərrik quraşdırılacaqdır. Bundan başqa, Tucson N Line modelində olduğu kimi, krossover asqının və sükan gücləndiricisinin “idman” tənzimləmələrinə sahib olacaqdır.

Adi Kona modelinin mühərrik çeşidində yeniliklər gözlənilmir. Hazırda, bazardan asılı olaraq, Kona krossoveri 1,0-litrlik Kappa II və 1,6-litrlik Gamma II turbomühərrikləri və 2,0-litrlik Nu atmosfer mühərriki, habelə tərkibinə 1,6-litrlik Kappa II atmosfer mühərriki, 44 at qüvvəsi və 170 Nm fırlanma anı hasil edən elektrik mühərriki və iki muftalı altı pilləli “robot " daxil olan hibrid güc qurğusu ilə təklif edilir.

Bundan əlavə, 1,6-litrlik U-Line dizel və Kona Electric elektrik versiyaları da mövcuddur.