Kia şirkəti Avropa bazarında satılacaq yeni Sorento krossoveri barədə təfərrüatları açıqlayıb. Krossoverin Avropadakı satışlarına 2020-ci ilin üçüncü rübündə başlanacaqdır. Sorento modeli ilk dəfə olaraq, hibrid güc qurğusu və xüsusi Terrain Mode yolsuzluq rejimi ilə təklif ediləcəkdir.

Dördüncü nəsil Kia Sorento modeli, yığcam mühərrik bölməsi, qısa çıxışları və 35 mm artırılmış təkər bazasına malik olan yeni platformada inşa edilib. Yenidən gözdən keçirilmiş asqı sistemi krossoveri yaxşılaşdırılmış idarəetmə və rəvan gediş ilə təmin edib. Yeni platforma şəbəkəyə qoşulan hibrid güc qurğuları da daxil olmaqla geniş mühərrik çeşidinin quraşdırılmasını təmin edir. Avropada, ilkin olaraq, məhz benzin-elektrik qurğusu ilə təchiz edilmiş Sorento Hybrid modifikasiyası təklif ediləcəkdir.

1.6 T-GDi turbomühərriki, 1,49 kilovat-saatlıq batareya, 44.2 kilovatlıq elektrik mühərriki və 6-pilləli “avtomat” ilə təchiz edilmiş sadə hibrid modifikasiya 230 at qüvvəsinə və 350 Nm fırlanma anına malik olacaqdır. Satışa birinci olaraq sadə hibrid versiya çıxacaqdır, onun qoşulan hibrid variantı isə ilin sonuna qədər satış debütü edəcəkdir.

Bundan başqa, Sorento modelinin mühərrik çeşidinə 202 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən Smartstream ailəsindən olan 2,2-litrlik dizel mühərriki daxil edilmişdir. Turbodizel bir cüt "yaş" muftası olan yeni 8-pilləli "robot" ilə tandemdə çalışacaqdır. Şirkətdən verilən məlumata görə, yeni turbodizel sələfindən 38,2 kiloqram daha yüngüldür.

Krossover standart olaraq ön ötürmə ilə təklif ediləcəkdir, tam ötürmə isə, opsiyadir. Tamötürməli krossoverin hərəkət rejimləri yeni profilə - Terrain Mode rejiminə sahib olacaqdır. Stabilizasiya və trekşn-kontrol sistemlərinin dəyişdirilmiş alqoritmlərinə malik olan Terrain Mode rejimi krossoverin palçıq, qum və ya qarda daha inamlı hərəkətini təmin edir.

Şirkətdən yeni Kia Sorento krossoverinin salonunu "premium materialların və qabaqcıl texnologiyaların vəhdəti" kimi səciyyələndirilir. Avtomobilin multimedia sisteminin 10,5-düymlük ekranı və 12,3-düymlük virtual cihazlar paneli, mərkəzi konsolda isə klimat-kontrolun bloku, transmissiyanın şaybası və hərəkət rejimlərinin selektoru vahid element şəklində birləşdirilib. Mediakompleksin əsas funksiyalarının idarə olunması toxunmaya cavab verən iki fırlanan düyməyə həvalə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossover avadanlıq siyahısına Mood Lighting ətraf işıqlandırması, 12 dinamikli Bose səs sistemi və smartfonlar üçün simsiz doldurma meydançası daxildir. İnteryerin tərtibatında parça, dəri, o cümlədən nappa, metal və tutqun səthli plastikdən istifadə olunur.

Avropa bazarında satılacaq yeni Kia Sorento modeli Cənubi Koreyanın Hvason şəhərindəki zavodda istehsal ediləcəkdir. Bundan əlavə, krossoverin yığılmasını  Vest Poynt (Corcia ştatı, ABŞ) şəhərindəki müəssisədə də həyata keçiriləcəkdir. Krossoverin satışlarına bu ilin üçüncü rübündə başlanacaqdır.