Kaliforniyadakı Madera dairəsinin polisi yerli sürücülər üçün xüsusi sürpriz hazırlayıb. Milad bayramı öncəsi polis idarəsinin əməkdaşları yol hərəkətinin 50 diqqətsiz sürücüsünə 100 dollarlıq əskinasları təqdim ediblər. Lakin, ştatın büdcəsi xələl görməyib. Aksiyanın sponsoru olaraq Agriland Farming Company firması çıxış edib.

Cüzi qayda pozmuş sürücüləri mükafatlandımaq qərarı «50 Yaxşılıq Hərəkatı» aksiyası çərçivəsində qəbul edilib. Madera dairə polis idarəsinin rəisi şerif Jay Varney bu aksiyanın  beşinci ildir ki keçirildiyini bildirib. Şerif, bu aksiyanın onun əməkdaşlarına vətəndaşlarla pozitiv şəkildə ünsiyyət qurmağa və onlara bayram əhval-ruhiyyəsi bəxş etməyə imkan verdiyini bildirib.

Kaliforniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirin sponsoru olan Agriland firmasına təşəkkür edərək, cərimələr əvəzinə hədiyyələrin verilməsinin uzun müddət yadda qalacağını və cəmiyyətin hüquq-mühafizə orqanlarına olan inamının artmasına kömək edəcəyini qeyd ediblər. Günün sonunda, polisin Facebook-dakı rəsmi səhifəsində sürücülərin Yeni İl hədiyyəsinə göstərdiyi reaksiyalarını nümayiş etdirən videoçarxlar yerləşdirilib.

Polis tərəfindən beynəlxalq bayramlara həsr edilmiş hədiyyələrin təqdim edilməsi nadir hal deyil. Məsələn, Rusiyada yol polisi hər il 8 Mart ərəfəsində qadın sürücülərə çiçək təqdim edir.

Mənbə: The Drive