Amerika Birləşmiş Ştatlarının Yollarda hərəkətin təhlükəsizliyi üzrə milli administrasiyası (NHTSA) 2018-2109-cu illərdə buraxılmış Jeep Wrangler modellərinin ramasının keyfiyyətini araşdırmaq məqdəsi ilə istintaqa başlayıb.

Əslində bu iş yeni deyil. Keçən ilin 24 oktyabr tarixində avtomobil sahiblərindən biri administrasiyaya ofrouderin ramasındakı qaynaq yerlərinin düzgün olmadığı barədə şikayətlə müraciət edib. Bundan başqa, avtomobil sahibi ramanın qaynağı ilə bağlı digər problemləri də aşkar edib.

Carscoops saytının bildirdiyinə görə, defektlərə nəzarət idarəsi FCA konserninə müraciət edərək, qaynaqlar və bir sıra Wrangler sahiblərinin rastlaşdığı «voblinq» problemi barədə əlavə məlumatı tələb edib. Lakin, konsernin verdiyi cavab NHTSA qane etməyib.

«FCA tərəfindən təqdim edilmiş məlumat qaynaq yerlərinin aşağı keyfiyyətinin nəqliyyat vasitəsinin ramasının bütövlüyünə və sərnişinlərin təhlükəsizliyinə təsir edtiyi barədə suala aydınlıq gətirməyib», - NHTSA qeyd edib.

Bu səbəbdən də, NHTSA tədqiqat apararaq Jeep Wrangler modelinin ön sükanında peyda olan titrəmələrin ramanın keyfiyyətsiz şəkildə qaynaq edilməsi ilə əlaqədar olub-olmadığını aydınlaşdırmaq qərarına gəlib. Xatırladaq ki, FCA bu titrəmənin sükan idarəetməsinin dempferlərini dəyişməklə aradan qaldırıldığını bildirib.

Keçən il ramadakı problem ucbatından «Renqler» modelinin dördüncü nəsli geri çağrılmışdı. Avtomobilin ramasına qaynaq edilmiş kronşteynin qopma və  idarəetmənin itirilməsi təhlükəsinin olduğu aşkar olub.