Nissan şirkəti Braziliya məhkəməsində Karlos Qonun böyük bacısı Klodin Bişar de Oliveyraya qarşı iddia irəli sürüb. Şirkət Oliveryeranı ədalətsiz və qeyri-qanuni yolla varlanmaqda ittiham edirlər. Oliveyra Nissan şirkətinə göstərdiyi konsaltinq xidmətləri qarşılığında ildə 100 min dollar alırmış. Bu barədə yapon şirkətinin maliyyə departamentinə göstərişi Karlos Qon şəxsən verib. Şirkət nümayəndələri isə, Oliveyranın belə bir xidməti göstərmədiyini, eyni zamanda, Nissan şirkətinin puluna alınmış Rio-de-Janeyrodakı mənzildə yaşadığını bildiriblər.

Qon ailəsininRio-de-Janeyrodakı apartamentinin yerləşdiyi bina

Nissan şirkəti artıq Qon və onun qızına qarşı iddia qaldırıbdır. Şirkət Rio-de-Janeyrodakı mənzilin və mənzildəki bütün əşyaların həbs ediləməsini tələb edir. Bu mənzildə, Qonun cinayətlərini sübuta yetirəcək sənədlərin saxlanıldığı ehtimal edilən üç seyfin aşkar olunduğu bildirilib. Yaponiyada həbs edilmiş top-menecerin vəkili, mənzilə daxil olmaq imkanı əldə etmiş şirkət nümayədələrinin, onun müştərisini ləkələyən sənəd və əşyaları gizlincə mənzilə qoya biləcəklərini söyləyib. Appeliyasiya məhkəməsi mülkiyyətçilərə Nissan şirkətinin nümayəndələrinin iştirakı ilə mənzildən şəxsi əşyalarını götürməyə icazə verib. 

Xatırladaq ki, Karlos Qonu 19 noyabr tarixində Haneda hava limanında həbs edilib. Top meneceri gəlirləri gizlətməkdə və şirkətin vəsaitlərini məqsədsiz xərcləməkdə ittiham edirlər. 20 dekabr tarixində Yaponiya prokurorluğu Karlos Qona və Qreq Kelliyə qarşı rəsmi ittiham irəli sürüb. 

Mənbə: Reuters