Renault şirkəti yeni Austral krossoverinin tizer kampaniyasını davam etdirir. Əvvəlcə, Avropadakı model xəttindəki Kadjar modelini əvəzləyəcək yeni krossoverin kamuflyajlı görüntüləri, sonra isə interyer dizaynını nümayiş etdirən eksizlərini dərc olunub. İndi isə, Renault şirkəti Austral modelinin bir neçə şəklini yayaraq, interyerin tərtibatında istifadə edilərn materiallar barədə məlumat verib.

Renault Austral krossoverinin sərnişinlərinin toxunacağı hər bir detal yumşaq və xoşagələndir. Hər halda Renault şirkətinin mətbuat xidməti belə iddia edir. Ön panelin yuxarı hissəsi tutqun rəngli örtüyə malikdir, aşağı hissəsi isə əsl ağacla işlənilib. Ağacdan işləmələr yapon “maki-e” texnologiyasından istifadə olunmaqla hazırlanıb: parçanın köməyi ilə lak səthinə teskturanı vurğulayan metallaşdırılmış piqmentlər vurulur.

Artıq bildiyimiz kimi, Austral krossoverində də Megane E-Tech modelindən tanış olan L-şəkilli klaster quraşdırılıb. Bu klasterdə cihazlar paneli və OpenR Link multimedia sisteminin iri taçskrini birləşdirilib. Ekranların ümumi sahəsi 774 kvadrat santimetrdir. İnteryerin digər xüsusiyyətləri arasında xırda əşyların saxlanılması üçün umumi həcmi 30 litr olan bölmələr, geniş ikinci cərgə və ikinci cərgənin divanının kürək hissəsinin baqajdan elektrik ötürməsi ilə qatlanması var.

Ön panelin səviyyələrini qapılara qədər uzanan işıqlanan zolaq ayırır. Qapılar da yumşaq material ilə örtülüblər – tərtibatda rəngi qaradan tədricən açıq boza keçən tekstildən və synderm adlanan  süni dəridən istifadə olunur. Mərkəzi qol dayağı “satinləşrdirilmiş xrom” ilə hazşiyələnib və saat mexanizmlərindən ilhamlanaraq yaradılmış hərəkət edən konstruksiyaya malikdir: dayaq vəziyyətini dəyişən zaman seyf kilidinin səsinə bənzəyən çıqqıltı eşidilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.