Skoda Fabia modelinin dördüncü nəsli keçən ilin may ayında debüt edib, bunda baxmayaraq, çex istehsalçısı onun varisi üzərində çalışmalara start verib. Özü də bu, yeni Fabia prinsipcə başqa, sırf elektrik ötürməsi ilə hərəkətə gələn avtomobil olacaqdır.

Vision 7S konseptinin bu yaxınlarda keçirilmiş təqdimatı zamanı, Skoda şirkətinin başçısı Klaus Zellmer “Autocar” nəşrinə verdiyi müsahibəsində, ölçü və qiymət diapazonu baxımından cari Fabia modeli ilə müqayisə olunacaq rentabelli elektrokarın yaradıması yolundakı yeganə maneənin batareyaların yüksək qiymətinin olduğunu bildirib. Bununla belə, çexlər, bu onilliyin sonuna qədər vəziyyətin yaxşılaşacağına ümid etdiklərini də qeyd ediblər.

Texniki baxımdan isə, problemlər olmalı deyil. Çox güman ki, Fabia elektrokarı MEB modul platformasına əsaslanacaq və Volkswagen ID.2 modelinin daha əlverişli versiyası olacaqdır. Onun ənənəvi hetçbekdən daha çox psevdokrossover olacağı gözlənilir. Üstəlik, yeni Fabia bu arxetekturada inşa edilən son avtomobillərdən bir olmalıdır. 2026-cı ildən başlayaraq alman konserni tam yeni SSP (Scalable Systems Platform) arxitekturasına keçməyi planlaşdırır.

Yeni Skoda Fabia modelinin dizaynına gəlincə, onun Vision 7S konseptində tətbiq edilmiş dizayn üslunda görünüşə malik olacağı gözlənilir. Zatən bu konsept, çex markasının firma dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirmək üçün yaradılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.