Volvo şirkəti yenilənmiş S90 sedanını və V90 / V90 Cross Country universallarını təqdim edib. Modellərin eksteryerində xırda dəyişikliklər baş verib, onlar yenilənmiş Bowers & Wilkins səs sistemini və ilk dəfə olaraq, 48-voltluq startyor-generatoru olan hibrid qurğunu əldə ediblər.

90-cı seriyadan olan sedan və universallar yeni ön bamperə, duman işıqlarına və spoylerə sahib olublar. Bundan əlavə, V90 və V90 Cross Country universalları yeni axra LED fənərlərini əldə ediblər – artıq onlar başqa naxışa və dinamik dönmə işıqlarına malikdirlər. Bundan əlavə, bütün modellər üçün geniş rəng çalarları və yeni dizaynlı təkər diskləri təklif olunur. Bowers & Wilkins səs sisteminin gücləndiricisi yenilənib, həmçinin səs-küyün avtomatik basdırılması funksiyası və caz klubunu təqlid edən yeni səs profili əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər bir yenilik, ilkin olaraq Çin bazarı üçün hazırlanmış incə hissəciklər filtri olan Advanced Air Cleaner funksiyasıdır. Artıq, mərkəzi ekranda yalnız temperaturu deyil, həm də salondakı havanın çirklənmə səviyyəsi göstərilir, normanın aşılması halında,  havanı bir neçə dəqiqəyə təmizləmək olar. Nəhayət, S90 və V90 / V90 Cross Country modellərinin arxa cərgəsində iki USB-C portu, mərkəzi konsolda isə qadcetlərin simsiz doldurulması meydançası quraşdırılıb.  Salon tərtibatında yun əlavə edilmiş parçadan və vegan dərisindən istifadə olunur.

Texniki baxımdan, dəyişiklik azdır:  model xəttində  48-voltluq startyor-generatoru və əyləcləmə zamanı enerjinin rekuperasiyası sistemi olan “yumşaq” hibridlər peyda olub. İstehsalçının bildirdiyinə görə, onlar adi modifikasiyalara nisbətən 15% daha qənaətcildirlər.