Hyundai şirkəti Hollivudda keçrilmiş xüsusi tədbirdə Elantra modelinin yeddinci nəslini təqdim edib. Vətənində Avante, Azərbaycanda Elantra kimi tanınan sedan Hyundai markasının ən çox satılan modellərindən biridir: 1990-cı ildən bu günə qədər dünyada 13.8 milyondan çox avtomobil satılıb və onlardan 3,4 milyonu ABŞ-da məskunlaşıb.

Elantra yenidən imicini dəyişib - avtomobil sedan olaraq qalsa da, lakin daha dinamik silueti olan luftbeklərə bənzəyir. Arxa tərəfə çəkilmiş salon,alçaq dam xətti və baqaj bölməsinin qısa qapağına doğru “axan” arxa şüşə Elantra’nı dördqapılı kupeyə bənzədir. Çoxsaylı bucaqları və yan tərəflərdəki "üç bıçaq"  birləşməsindən ibarət olan dizayn konsepsiyası Parametric Dynamics adlanır.

Sələfi ilə müqayisədə yeni Elantra 30 mm daha uzun (4650 mm), 25 mm geniş (1825 mm) və 20 mm alçaq (1420 mm) olub. Kuzovun ön çıxışı bir qədər qısalıb, arxa çıxış isə əksinə artırılıb. Sedan, Kia Cerato modelindən tanış olan platformada inşa edilib. Yeni Cerato və əvvəlki nəsil Elantra modelinin təkər baza bazası 2700 mm olsa da, yeni Elantra modelinin oxlar arasındakı məsafəsi 2720 mm-dir. Yeni sedan üçün 15, 16 və ya 17 düymlük  təkər diskləri təklif edilir.

Şirkət yeni sedanın daha geniş interyerə sahib olduğunu vəd edir. Üstəlik, kreslolar əvvəlki modelə nisbətən bir qədər aşağıda quraşdırılıb. Modelin standart təchizatına ənənəvi cihazlar paneli və ətrafında fiziki düymələr  olan media sisteminin 8-düymlük displeyi daxildir. Sedanın bahalı versiyalar üçün vahid şüşənin altına yerləşdirilmiş  iki 10,25-düymlük displey nəzərdə tutulub: onlardan biri virtual cihazlar paneli, ikincisi isə multimedia sistemi üçün nəzərdə tutulub.

Bundan başqa, Elantra modelinin multimedia sistemi Apple CarPlay və Android Auto tətbiqlərini simsiz olaraq dəstəkləyir. ABŞ-da satılacaq Elantra modelinin baza versiyası avtomatik əyləcləmə və hərəkət zolağına nəzarət sistemlərinə sahib olacaqdır. Opsiyalar arasında multimedia və klimat-kontrol sistemini səslə idarə etmə funksiyası, 64 rəngli daxili işıqlandırma, adaptiv kruiz kontrol, Bose səs sistemi və Digital Key funksiyası vardır. Sonuncu, xüsusi tətbiqin quraşdırılması halında, NFC dəstəyi olan smartfonu avtomobilin kilidini açmağa və mühərriki işə salmağa imkan verən rəqəmsal açara çevirir.

Sedanın ənənəvi olaraq vətənində Hyundai Avante adı ilə satılan model, ilkin olaraq iki mühərrik ilə təklif ediləcək. Bunlar, Smartstream ailəsindən olan 123 at qüvvəli 1,6-litrlik MPI benzin mühərriki və onun qazla işləyən versiyası olan 120 at qüvvəli 1,6-litrlik LPI aqreqatıdır. ABŞ-da Elantra Atkinson dövrü ilə   işləyən 149 at qüvvəli 2,0-litrlik MPI atmosfer mühərriki ilə təklif ediləcəkdir. Bütün mühərriklər variator ilə tandemdə çalışacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, koreya istehsalçısı Elantra modelinin hibrid güc qurğusuna malik olan Elantra Hybrid modifikasiyasını da təklif edəcəkdir. Hibrid qurğunun tərkibinə birbaşa çiləməli 1,6-litrlik GDI benzin mühərrikini və 43,5 at qüvvəsi hasil edən elektrik mühərriki quraşdırılmış iki muftalı 6-pilləli “robot”  daxil edilib. Hibrid qurğunun ümumi hasilatı 141 at qüvvəsi və 264 Nm təşkil edir. Arxa divan altında quraşdırılmış litium-polimer batareya 1.32 kilovat-saatlıq tutuma malikdir. Bu səbəbdən də, Hyundai Elantra Hybrid sırf elektrik ötürməsi ilə uzağa gedə bilməyəcəkdir. Hibrid modelin təxmini yanacaq sərfiyyatı 100 kilometrə 4,7 litr təşkil edəcəkdir. Üstəlik, bütün Elantra modelləri arxa “tirlə” təchiz edilsələr də, hibrid isə yalnız arxa müstəqil asqı ilə təklif edilir.

Yeni Hyundai Elantra sedanının ABŞ və Cənubi Koreyadakı satışlarına payızda başlanacaqdır. Sonradan Elantra ailəsi N-Line "idman" və "qaynar"  N modifikasiyaları ilə genişləndiriləcəkdir. Yeni modelin Azərbaycan bazarında satışlarına ilin sonuna kimi başlanmalıdır.