Porsche şirkəti idman kreslolarının ənənəvi üzləməsinə qeyri-adi alternativ hazırlayıb - indi idman kreslolarının mərkəzi yastıqları və kürək hissəsi mütəxəssislər tərəfindən 3D printerdə çap olunacaqdır. Öz növbəsində, alıcılar üç səviyyəsində sərtlikdən birini seçə biləcəklər: yüksək, orta və ya aşağı.

Yeni oturacaqlar sendviç panellərdən istifadə edilməklə, yüngülləşdirilmiş Porsche idman kreslolarının bazasında yaradılıb. Oturacaqların baza strukturu nəfəs alan təbəqəsi olan köpüklənmiş polipropilen və 3D printerdə çap olunmuş poliuretan əsaslı materialların birləşməsindən ibarətdir.

Yeni oturacağın xarici hissəsinin çoxsaylı dəlikləri olan materialdan hazırlanması optimal mikroiqlim yaratmaqla bərabər, passiv iqlim nəzarətini də təmin edib. Xüsusi olaraq quraşdırılmış zonalar, kresloya unikal görünüş verməklə yanaşı, hörmə strukturun 3D printerdə çap olunmuş rəngli detallarını görməyə imkan verir.

Image alt Image alt Image alt Image alt

Yeni oturacaqları Porsche Tequipment proqramı çərçivəsində 2020-ci ilin may ayından başlayaraq əldə etmək mümkün olacaqdır. Yeni innovasion kresloları birinci almaq şansına Porsche 911 və 718 modellərinin sahibləri malik olacaqdırlar. İlk partiyadan olan kresloların sayı 40 prototiplə məhdudlaşacaqdır.  Altınöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz olunmuş oturacaqlardan Avropada keçiriləcək  yarışlarında istifadə ediləcəkdir.

Alman avtomobil istehsalçısının bildirdiyinə görə, 2021-ci ilin ortalarından etibarən, üç sərtlik variantına və müxtəlif rənglərə malik olan idman oturacaqlarını Porsche Exclusive Manufaktur bölməsində sərbəst şəkildə sifariş etmək mümkün olacaqdır.