Shelby firması 2020-ci ilin Mustang Super Snake modelinin məhdud saylı seriyasını buraxacağını bəyan edib. Məhdud seriyadan olan avtomobillər yarım əsrlik fastbeklərin üslubunda eksteryer tərtibatına malik olacaqdırlar. Müştərilər 836 at qüvvəsinə qədər gücü olan sportkarları kuzovun üç tərtibat variantında və interyerdəki dizayner ştrixləri ilə sifariş edə bilərlər.

Shelby dizaynerləri narıncı, yaşıl və qara kuzov rəngindən birini seçməyi təklif edirlər. Damın, baqaj qapağının, kapot və bamperlərin mərkəzindən keçən firma zolaqları, həmçinin yan tərəfdəki kandar xətləri müvafiq olaraq qara və ya yaşıl rəngdə ola bilərlər. Narıncı və yaşıl rəngi birlikdə işlətmək mümkün deyil. Bu möhtəşəmliyi 20-düymlük antrasit rəngli disklər tamamlayır.

Məhdud seriyadan olan avtomobillərin interyeri oturacaqlardakı yaşıl və ya narıncı rəngli haşiyələr, kandar örtmələri və unikal ayaqaltılarla seçilir. Xüsusi seriyadan olan modellərin zahiri görkəmi Shelby Super Snake dəstinə malik olan adi Mustang modellərindən aqressiv aerodnimak kuzov dəsti, Shelby radiator barmaqlığı və əlavə kəsikləri olan kapotu ilə seçirilr.

Shelby Super Snake modeli üfürmə dərəcəsindən asılı olaraq 720 və ya 836 at qüvvəsi hasil edən mexaniki kompressoru olan 5,0-litrlik V8 mühərriki və 10-diapazonlu “avtomat” ilə təchiz edilir. Superkarı 6-pilləli mexaniki qutu ilə də sifariş etmək olar. Ötürmə - arxayadır. Yerindən 60 mil/saat həddinə (97 km/saat) avtomobil 3,5 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Firmanının avtomobili 30 nüsxəlik tirajla buraxmaq planlarının olmasına baxmayaraq, məhdud  saylı superkarların ümumi sayının daha çox olacağı gözlənilir. Firmadan verilən məlumata görə, “avtomobillərdən bir neçəsinin dünya üzrə səpələnmiş Shelby distributorları tərəfindən inşa ediləcəyi” bildirilib.  Məhdud saylı seriyadan olan avtomobillərin qiyməti açıqlanmayıb.