Son zamanlar Renault şirkəti pilotsuz nəqliyyat vasitələrinin yaradılmasına güclü sərmayələr qoyur. EZ ümumi adına məxsus olan pilotsuz nəqliyyat vasitələri çeşidinə EZ-GO, EZ-Ultimo sərnişin modelləri, həmçinin EZ-Pro və EZ Flex furqonları daxil edilib. Bu gün bu ailənin yeni bir üzvü təqdim edilib. Bu, Renault EZ-Pod mini-məkiyidir.

Yeni məkik qısa məsafələrə səyahət etmək üçün nəzərdə tutulub. Məsələn, EZ-Pod  ilə normal avtomobilin park edildiyi dayanacaqdan nəqliyyat üçün bağlı ərazidəki ünvana yollanmaq olar. Belə məkiklərdən kurort və qoruqların ərazisində, həmçinin şəhərlərin mərkəzində istifadə etmək olar.

Image alt Image alt Image alt

İkiyerli EZ-Pod modeli Renault Twizy seriya elektromobilinin şassisndə inşa edilib və yolda üç kvadrat metr sahəni tutur. O, kiçik sürətlə hərəkət edir və ənənəvi idarəetmə orqanlarından tamamilə məhrumdur. Avtopilot ön kamera, lidar, perimetr üzrə radarlar və GPS-ötürücüsü ilə təchiz edilir. Üstəlik, avtopilot öz biliyini artıran sistemə də malik olmalıdır.

Hələlik fransız istehsalçısı belə məkiklərin harada təcrübədən keçiriləcəyi barədə məlumat verməyib. Çox güman ki, avtomobil üzərində çalışmalar davam etdirilir.