Naməlum şəxslər Moskvanın şimal-şərqindəki qarajdan nadir ZİS-115 limuzinini oğurladılar. Baza nəşrinin yazdığına görə, vaxtı ilə SSRİ lideri İosif Stalinin xidməti avtomobili olmuş zirehli limuzini hərəkətdə olmadığı üçün evakuatorda aparıblar.

Dekabrın 26-dan 27-nə keçən gecə altı nəfər qaraja girib, ZIS-115 modelini evakuatora yükləyərək yoxa çıxıblar. Avtomobilin və onu qaçıranların yeri hələ də aşkar olunmayıb. Sənədlərə əsasən zirehli limuzin ukraynalı oliqarx Ruslan Tarpanın təhlükəsizlik xidmətinin rəhbərinə  məxsusdur.

ZİS-115 – yuxarı sinif əfsanəvi sovet avtomobilidir. Avtomobil, 1949-1955-ci illərdə Stalin adına Avtomobil Zavodunda (ZİS) məhdud saylı seriya ilə istehsal edilmişdir. Limuzin SSRİ Kommunist partiyasının yüksək vəzifəli rəhbərləri üçün nəzərdə tutulmuşdu və 56 nüsxəlik tirajla buraxılıb. ZİS-115 limuzini ZİS 110 modelindən götürülmüş 140 at qüvvəsi hasil edən  6.0-litrlik benzin mühərriki və üç pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdi.

Mənbə: Baza