2021-ci ildə təqdim edilən Toyota GR 86 kupesi yapon brendinin model çeşidindəki ən münasib qiymətə malik olan yeni idman avtomobilidir. Avtomobil əvvəlki platformanı saxlayıb, lakin yeni mühərriki alıb – bu, 235 at qüvvəli 2,4-litrlik Subaru FA24D oppozit aqreqatıdır.

Güc qurğusu ya 6 pilləli mexaniki, ya da eyni sayda pilləsi olan avtomatik transmissiya ilə birlikdə çalışır. Ancaq bu güc bəziləri üçün kifayət deyil. Buna görə də, Gazoo Racing zavod idman bölməsi kupenin turbomühərrikli versiyasını hazırlayıb. Lakin bu versiya satış üçün nəzərdə tutulmayıb.

“CarSales” nəşrinin məlumatına görə, yapon avtomobil istehsalçısının sintetik yanacağı sınaqdan keçirmək niyyətində olduğu Super Taikyu çempionatı üçün, xüsusi olaraq, turbomühərrikli Toyota GR 86 modelinin partiyasını hazırlayıb. Üstəlik, mühəndislər baza mühərrikini turbokompressorla təchiz etmək yerinə, onu başqa mühərriklə əvəzləyiblər.

Yarış kupesi "qaynar" GR Corolla və GR Yaris hetçbeklərindən götürülmüş turbomühərriki alıb - 1,6-litrlik üçsilindrli turbomühərrik 304 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Düzdür, porşenin gedişinin qısaldılması mühərrikin iş həcmini 1,4 litrə qədər azaldıb ki, bu da hasilata bir qədər təsir göstərməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Gazoo Racing bölməsi turbomühərrikin dəqiq xüsusiyyətlərini açıqlanmır. Yarış kupelərini yaradan Gazoo Racing bölməsinin baş mühəndisi Naoyuki Sakamoto Toyota GR 86 modelinin ümumi yollar üçün sertifikatlaşdırılmış turbomühərrikli versiyasının buraxılacağını da istisna etməyib, lakin yapon markası hələlik belə bir versiyanın üzərində işləmir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.