Volkswagen şirkəti Atlas Cross Sport modelini təqdim etdikdən sonra, adi Atlas krossoverini də yeniləmək fikrinə düşüb. Yenilənmiş krossoveri gələn ilin fevral ayında keçiriləcək Çikaqo avtosalonunda nümayiş etdirəcəklər. Hələlik, istehsalçı yalnız üç eskizi dərc etməklə kifayətlənib.

Yenilənmiş krossoverin uzunluğu 76 mm artaraq 5113 mm bərabər olub. Bu artım əsasən yeni ön bamper sayəsində baş verib. Amortizasiya edən köpüklə doldurulmuş ön bamper piyadalar üçün daha təhlükəsiz olub. Yenilənmiş krossoverin radiator barmaqlığı və LED fənərləri Cross Sport versiyasında olduğu kimidir. Eskizdə təsvir edilmiş 21-düymlük təkər diskləri isə opsional R-Line dəstini tərkib hissəsidir.

Arxa hissədə də müəyyən dəyişikliklər baş verib. Arxa bamperdəki gümüşü işləmə yox çıxıb, səsboğucu sistemin boruları isə bir qədər irəli cıxıbdır. Bundan başqa, arxa bamperdə qırmızı zolaq da peyda olub. Firma loqotipi də yenilənibdir.

Avtomobilin salonunda yeni multisükan və smartfonların naqilsiz doldurulma meydançası  quraşdırılıb. Tərtibat materiallarının keyfiyyəti də yüksəldilibdir. Opsiyalar siyahısına Traffic Jam Assist tıxac köməkçisi olan kruiz-kontrol daxil edilib.

Texniki cəhətdən baş vermiş yeganə yenilik 4Motion tam ötürməsi ilə dostlaşmış 238 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik TSI mühərrikdir.