Bu gün Tailandda yenilənmiş Mitsubishi Pajero Sport modelinin təqdimatı keçirilib. Avtomobil yenilənmiş eksteryer və interyerə, həmçinin yeni avadanlıq siyahısına sahib olub.

Avtomobilin ön və arxa hissəsinin dizaynı son firma üslubuna uyğunlaşdırılıb - nəticədə, ofrouder L200 pikapını xatırladır. Ön işıq texnikası ikimərtəbəli quruluşa malikdir: ön LED fənərlər duman əleyhinə fənərlər ilə dönmə işıqlarından ibarət blokun üzərində yerləşdirilib. Radiator barmaqlığının tərtibatı, təkər tağları, bamper və kapotun forması da pikapdan götürülüb. Arxa fənərlərin forması bir qədər qısa olub, baqaj qapağında isə spoyler quraşdırılıb.

Ofrouderin salonu da yenilənmədən nəsibini alıb. Burada səkkiz düymlük  virtual cihazlar panelini, həmçinin arxitekturası dəyişdirilmiş mərkəzi tonneli görmək olar. Əlçatan avadanlıqlar arasında 8-düymlük ekranı olan multimedia sistemini, arxa sərnişinlər üçün USB girişlərini və baqaj qapağının servoötürməsini göstərmək olar. Bundan başqa, yenilənmiş Mitsubishi Pajero Sport modelinin təchizatına təkmilləşdirilmiş kor zonalara nəzarət sistemi və arxaya hərəkət zamanı maneələr barədə xəbərdarlıq edən sistem də əlavə edilib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mitsubishi Pajero Sport əvvəlki kimi 181 at qüvvəli 2,4-litrlik turbodizel və 209 at qüvvəli 3,0-litrlik atmosfer mühərriki ilə təklif ediləcəkdir.  Bəzi ölkələrdə ofrouder 136 at qüvvəsi hasil edən 2,5-litrlik dizel mühərriki ilə də təchiz olunacaqdır. Ofrouder hər zaman olduğu kimi, Super Select II tam çəkiş sisteminə malikdir.