Bu gün Autoblog.com saytı yeni Kia krossoverinin şəkillərini dərc edib. Yeni model koreya istehsalçısının model xəttində Soul və Sportage modellərinin arasında yer alacaqdır. Amerikan bazarında model Kia Seltos adlanacaqdır. Çox güman ki, Kia Seltos Azərbyacan bazarında da satılacaqdır.

Kia ön panelin və ümumilikdə salonun dizaynının gənc alıcılara ünvanlandığını bildirib. Gəncləri yüksək keyfiyyətli tərtibat materialları və dəbli dekor elelmentləri cəlb etməlidir. Bunlara misal olaraq havalandırma sisteminin deflektorlarının metal haşiyələrini göstərmək olar. Eyni zamanda, Sound Mood Lighting interyerin kontur işıqlandırması salonun bir hissəsi olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni krossoverin dizaynı bu il Seul avtosalonunda təqdim edilmiş Kia SP Signature konseptinə əsaslanır. İstehsalçının söylədiyinə görə, onun gələcək modelləri məhz belə dizayna malik olacaqdırlar. Yeri gəlmişkən, konseptin bir çox stilistlik elementləri seriya avtomobilinə dəyişmədən köçürülübdür. Onların arasında radiator barmaqlığının yuxarı hissəsini haşiyələndirən gündüz hərəkət işıqlarının zolaqları olan ön LED fənərlər, uzun kapot və arxa bamperdəki çıxış borularını xatırladan  dekorativ elementlər də vardır.

Koreyalılar yeni krossoverdə «müasir dizaynın, yığcam ölçülərin və geniş salonun vəhdət təşkil etdiyini» bildirirlər. Kia dizaynerləri məhz bu cəhətin Y nəslindən olan müştəriləri cəlb edəcəyini söyləyirlər. Yeni krossoverin Cənubi Koreyadakı satışlarına bu ilin sonuna qədər başlanacaqdır. Sonradan model Avropa istisna olmaqla başqa bazarlarda da təklif ediləcəkdir.