Porsche şirkəti Taycan elektrik sedanı və Taycan Cross Turismo universalı üçün yenilənmələri təqdim edib. Eyni zamanda, alman istehsalçıs 90-cı illərin parlaq rənglərini keçmişdən geriyə gətirib.

Porsche Exclusive Manufaktur bölməsi tərəfindən təklif edilən yeni Paint to Sample və Paint to Sample Plus opsiyaları sayəsində kuzov rənglərinin seçimi demək olar ki, sonsuzdur. Bundan əlavə, elektromobillərin multimedia sistem Android Auto ilə dərin inteqrasiya edilib, dartma batareyası isə təkmilləşdirilmiş istilik tənizmləmə sistemini və sürətləndirilmiş yükləmə funksiyasını alıb.

Ən başlıcası, həm Taycan, həm də Taycan Cross Turismo modellərinin real yürüş ehtiyatları artsa da, istehsalçı dəqiq rəqəmləri səsləndirməyib. İndi tam ötürməli elektromobillərdə, qismən yüklənmə halında, Normal və Range rejimlərində ön elektrik mühərriki tamamilə söndürülür, gillətmə ilə gedərkən isə arxa mühərrik də dayandırlır - bütün bunlar sürtünmə itkilərini azaltmaq üçündür.

Porsche mütəxəssisləri batareyanın istilik tənzimlənməsi sistemini də təkmilləşdiriblər: məsələn, Turbo Charging Planner funksiyası batareyanı daha çox qızdırır ki, bu da sadə sözlərlə desək, elektrik yükləmə stansiyasında sərf edilən zamanı qısaldır.

Taycan modelinin rəng palitrasında 65 çalar mövcuddur: bunların arasında mavo metallik, turşulu-yaşıl, Rubystar kimi klassik rənglər də var. Bundan başqa, Taycan modelinə sərbəst şəkildə dayanacağa yollanmağı öyrədiblər: yeni sistem avtomobilə sürücü olmadan dayanacaq yerinə getməyə və oradan çıxmağa imkan verir.

Avtomatik idarəetmə həm paralel, həm də perpendikulyar parklanmanı təmin edir - köməkçi sistem ultrasəs vericilərinin və kamerların köməkliyi ilə dayanacaq yerinin növünü müəyyən edir. Üstəlik, avtomobil sahibi bu funksiyanı məsafədən smartfon vasitəsi ilə aktivləşdirə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha bir yenilik Android Auto tətbiqini dəstəkləyən multimedia sistemidir. Ən maraqlısı odur ki, bu simsiz rabitəni dəstəkləyən funksya deyil - telefon sahibi öz smartfonunu USB-C portu vasitəsi ilə multimedia sisteminə qoşmalıdır. Təəcüblüdür ki, kifayət qədər bahalı avtomobildə əvvəllər belə bir funksiya təklif edilmirdi.

Bundan başqa, səs yardımçısı artıq əmrləri daha yaxşı anlayır, peyk naviqasiyası isə marşrutları daha yeyin tərtib edir və yeni qrafikaya malikdir. Yenilənmiş Taycan modellərinin satışlarına sentyabr ayında başlanılmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.