Porsche markasının tarixində ilk dəfə olaraq, yeni rəng brendin pərəstişkarının şərəfinə adlandırıb. Müştərilərə geniş çeşiddə kuzov rəngləri təklif olunur, əgər bu yetərli deyilsə, Porsche Exclusive Manufaktur zavod fərdiləşdirmə proqramının Paint to Sample palitrasından xüsusi çaları (911 və 718 üçün 100 eksklüziv rəng, Taycan, Panamera, Cayenne və Macan üçün isə 50 rəng) seçmək olar.

Bu da kifayət etmirsə, Paint to Sample Plus (yalnız 911, 718 və Taycan üçün) xidmətindən istifadə etmək olar. Bu proqram çərçivəsində mütəxəssislər beş ay ərzində unikal çaları yaradacaqlar.

Porsche markasının çoxdankı pərəstişkarı və Elektro Essmann ailə şirkətinin sahibi olan Mixael Essmann öz idman avtomobilləri üçün elektrik və fotoqalvanik emalatxanasının firma rəngini, Paint to Sample Plus palitrasında Essmanngreen adlanan parlaq yaşıl rəngi seçib. 2023-cü ilin mart ayından etibarən bu rəng 911, 718 və Taycan modellərinin alıcılarına təklif olunacaqdır.

Bu rəngin hekayəsi 1992-ci ildə Mixaelin Essmanngreen rəngində olan ilk Porsche 911 Carrera RS 3.6 (964) sportkarını alması ilə başlayıb. Onu, o cümlədən 911 GT3 RS 4.0 (997) modeli də olmaqla digər sportkarlar təqib edib və bu yaxınlarda Essmann yeni 911 GT3 Touring (992) modelini alıb. Biznesmenin oğulları Mayk və Stefan Porsche Sports Cup monokubokunda da yarışırlar və təbii ki, onların yarış avtomobillərində Essmanngreen aksentləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mixaelin ilk idman avtomobili zavodda rənglənməyib (avtomobil alındıqdan sonra yenidən rənglənib), lakin 2021-ci ildə Essmann yeni avtomobil üçün zavod mütəxəssislərinə müraciət edib və onlar bu çaların reseptini yaradıblar - bağlayıcılar və əlavələri nəzərə alaraq Essmanngreen rəngi 100-dən çox inqrediyenti ehtiva edir. Üstəlik, 992 modelinin rəngi 997 modelində istifadə ediləndən fərqlənir.

Paint to Sample proqramının tarixində ilk dəfə olaraq müştəri öz eksklüziv çalarını digər avtomobillərdə istifadə etməyə razılıq verib. Essmanngreen Porsche onlayn konfiquratorunun palitrasına daxil edilib və parlaq yaşıl rəngi nümayiş etdirmək üçün, Porsche Exclusive Manufaktur bölməsi xüsusi 911 GT3 RS (992) sportkarını hazırlayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.