Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos Britaniya markasının ilk elektrokarı olan Spectre modelinə tələbatın artdığını açıqlayıb. “Automotive News Europe” nəşrinə müsahibə verən top menecer sifariş səbətinin marketoloqların gözlədiyindən qat-qat yaxşı göründüyünü etiraf edib.

O, həmçinin bu tendensiyanın davam etməsi halında, Rolls-Royce şirkətinin öz planlarında düzəliş etməli olacağını (istehsal gücünün artırılması istiqamətində) bildirib. Müller-Otvos, Spectre kupesinin Cullinan və Ghost modellərindən sonra satışların "üçüncü dayağı" olacağını ehtimal edir.

Torsten Müller-Otvos Spectre elektromobilinin nəinki yaxşı satıldığını, həm də benzinlə işləyən Rolls-Royce modelləri ilə eyni səviyyədə gəlirliliyi təmin etdiyini bildirib. Bundan əlavə, o, çatdırılma başlamazdan əvvəl sifariş kitabçasının dolduğunu da söyləyib. Qeyd etmək gərəkdir ki, hələlik müştərilərin əksəriyyəti keçirilmiş qapalı təqdimatlarda yeniliklə tanış olmağa imkan tapmayıblar.

Rolls-Royce Spectre kupesinin kommersiya uğuru qismən onun benzin modelləri ilə unifikasiyası edilməsilə bağlıdır: elektrik kupesi Phantom, Cullinan və Ghost modellərinin də inşa olunduğu Architecture of Luxury (”dəbdəbə arxitekturası”) platformasına əsaslanır. Tələbin artmasına səbəb ola biləcək başqa bir amil, elektromobilinin müasir texniki hissəsinin ənənəvi interyer və eksteryer dizaynı ilə birləşməsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rolls-Royce rəhbəri dəqiq olaraq nə qədər sifariş alındığını və Spectre modelinin tirajını açıqlamayıb. Bununla belə, ümumi satış statistikasını nəzərə alsaq, istehsalçının hər il beş yüzdən çox kupeni yığılmağa hazır olduğunu güman etmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.