Nə qlobal qıtlıq, nə də geosiyasi vəziyyət Rolls-Royce markasına yeni satış rekordu qeydə almağa mane olmayıb: 2022-ci ildə Britaniya brendi müştərilərə 6021 avtomobil göndərib. Əslində, keçən il, Britaniya brendinin 118 illik tarixində 12 ay ərzində satılan 6 min avtomobil həddini aşa bildiyi ilk il olub. Qeyd edək ki, bundan əvvəlki rekord 2021-ci "koronavirus" ilində qeydə alınıb - o zaman satılan avtomobillərin sayı 5586 ədəd olub.

9 yanvarda onlayn keçirilən konfransda Rolls Royce şirkətinin rəhbəri Torsten Müller-Ötvös jurnalistlərin suallarına cavab verərkən açıqladı. Zoom konfransa Azərbaycan jurnalistləri də qatılmışdılar. Autograph.az nəşrini Ramin Musayev təqdim edirdi.

Rolls-Royce dünyanın 50 ölkəsində avtomobil satır. 2022-ci ildə müştərilərə 6021 avtomobil göndərilib ki, bu da 2021-ci illə müqayisədə 8% çoxdur. Rolls-Royce bütün regionlarda satış artımına nail olub, ən böyük artım isə Yaxın Şərq, Asiya Sakit Okean bölgəsi, ABŞ və Avropada olub.

Şirkət üçün ən böyük bölgə Şimali və Cənubi Amerika olaraq qalır, Çin də əvvəlki kimi Rolls-Royce üçün strateji əhəmiyyətli bazardır. Satış baxımından Səma İmperiyası ikinci yerdədir. Avropada satış artımı əsasən Almaniya və Böyük Britaniyadakı müştərilərin hesabına olub. İstehsalçı digər rəqəmləri də təqdim edib. Məsələn, müştərilər orta hesabla Bespoke proqramı üzrə fərdiləşdirilmiş lüks avtomobillər üçün təxminən yarım milyon avro ödəməyə hazır olublar.

Image alt Image alt

Rolls-Royce "öncədən sifarişlərin 2023-cü ildən xeyli sonra üçün qəbul edildiyini" qeyd edib. Əlbəttə ki, söhbət bu ilin sonunda müştərilərə çatdırılmağa başlayacaq Spectre elektrik kupesindən gedir. Bu modeli xatırlatmaqla, şirkət, 2030-cu ildən başlayaq daxiliyanma mühərriki ilə hərəkətə gələn avtomobillərin istehsalına son verəcəyinə də işarə edib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.