Skoda şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş Kamiq krossoverini təqdim edib. Yeni krossoveri ikimərtəbəli ön işıq texnikasına və ilk dəfə olaraq çex markasının avtomobilində istifadə edilən dinamik dönmə işıqları sayəsində tanımaq olar.

Skoda Kamiq modelinin dizaynı üzərində markanın baş stilisti Oliver Ştefani işləyib. Kamiq, əvvəllər Volkswagen modellərinin eksteryeri üzərində işləmiş dizaynerin yeni vəzifəsində həyata keçirdiyi ilk layihəsidir. Dizayner yeni modelin əsas cəhətlərinin xarakterik fənərlərinin və maili dam xəttinin olduğunu bildirib. Bu elementləri keçən il debüt edən Vision X konseptində də görmək mümkün idi.

Yeni krossoverin qabarit uzunluğu 4241 millimetr, eni – 1793 millimetr, hündürülüy isə, 1531 millimetrdir. Öz ölçülərinə görə Kamiq modeli, VW T-Roc və Hyundai Creta modelləri ilə müqayisə edilə bilər. Arxa sərnişinlərin ayaq zonasındakı məkan 730 millimetrdir. Baqaj bölümünün həcmi isə 400-1395 litr arasında dəyişir. Ön sərnişin oturacağının qatlanması (opsiya) halında salona 2,5 metrlik uzunluğu olan yükü yerləşdirmək olar. İyirmiyə yaxın elementi olan Simply Clever firma həlli sürücü qapısındakı çətiri və qapı kənarlarının müdafiəsini də özündə birləşdirir.

Skoda Kamiq modelini alın şüşəsinin, sükan çarxının, ön və arxa oturacaqların qızdırılması, beş rejimi və 10,25-düymlük diaqonalı olan rəqəmsal cihazlr paneli və 9,2-düymlük mərkəzi displey ilə təchiz etmək olar. Krossoverin standart təchizatına zolaqda saxlama və piyadanı aşkarlayan təcili əyləcləmə sistemləri daxildir. Əlavə ödənişlə Kamiq modelini parkinq yardımçısı, səs əmrlərini və əl jestləri dəstəkləyən multimedia sistemi, həmçinin çıxan farkop və baqaj qapağının elektrik ötürməsi ilə də təchiz etmək olar. Əlavə olaraq, krossover üçün iki sərtlik səviyyəsi olan   hündürlüyü 10 millimetr azaldılmış idman asqısı da nəzərdə tutulub.

Kamiq modelinin mühərrik çeşidinə 95 və 115 at qüvvəli 1,0-litrlik və 150 at qüvvəli 1,5-litrlik benzin mühərrikləri, 115 at qüvvəli 1,6-litrlik dizel aqreqatı və təbii qazla çalışan 1,0-litrlik G-TEC mühərriki daxil edilib. Bütün mühərriklər enerjinin rekuperasiyası sistemi, start-stop funksiyası ilə təchiz edilirlər və Euro 6d Temp ekoloji standartına cavab verirlər. 95 at qüvvəli mühərrik beş pilləli, 1,0 G-TEC mühərriki isə altı pilləli mexaniki qutu ilə təchiz edilirlər. Qalan mühərriklər altı pilləli mexaniki və ya yeddi diapazonlu DSG “robotu” ilə tandemdə çalışa bilərlər.

Skoda Kamiq modeli avropa bazarında bu ilin payızından başlayaraq satışa çıxarılacaqdır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt