Skoda şirkəti söz verdiyi kimi dünən Octavia modelini yeni nəslini təqdim edib. Dördüncü nəsil sələfindən daha iri olub və inqilabi salona sahib olub. Bundan başqa, Octavia modeli qoşulan hybrid versiya ilə təklif edilir. Skoda Octavia iki növ kuzovla nümayiş etdirilib – liftbek və universal. İlkin olaraq Avropa bazarında universal kuzovlu avtomobil satılacaqdır. Səbəbi isə məlumdur – Octavia modelinin satışlarının üçdə ikisi universalın payına düşür. Avropda isə Octavia Combi ən çox satılan universaldır

Beləliklə, yeni Skoda Octavia modelinin ölçüləri bir qədər artıb: kuzov növündən asılı olmayaraq modelin qabarit uzunluğu 4689 mm təşkil edir. Yəni liftbek 19 mm, universal isə 22 mm uzundur. Avtomobilin eni də 15 mm artaraq 1829 mm təşkil edib. Bununla belə, modelin təkər bazası dəyişilməz qalıb – 2686 mm.  Zahiri cəhətdən Octavia bayraqdar Superb modelinə yaxın olub - bəznərlik bamperlərin dizaynında, arxa fənərlərin tərtibatında və ümumi nisbətlərdə nəzərə çarpır. Mühəndislər avtomobilin aerodinamik müqavimət əmsalını yaxşılaşdırmağa müvəffəq olublar: liftbekdə bu rəqəm 0,29-dan 0,24-ə, universalda isə 0,31-dən 0,26-ya enib.

Yeni Octavia modelinin salonu texnolji cəhətdən səkkizinci Golf modeli ilə bənzərdir.burada VW modelindən götürülmüş 10,25-düymlük rəqəmsal cihazlar panelinə, multimedia sisteminin 8,25-düymlük sensorlu ekranına, panoram tavanın sensorlu idarəetmə panelinə və DSG “robotunun” kiçik selektoruna rast gəlmək olar.Qeyd etmək gərəkdir ki, bu selektorun ötürmələr qutusu ilə mexaniki birləşməsi yoxdur. Bahalı versiyalar cihazlar panelinin və multimedia sisteminin 10,25-düymlük displeyləri quraşdırılacaqdır. Yeni multimedia sistemini səslə idarə etmək və onun vasitəsi ilə internetə daxil olamaq da mümkündür.

Yeni Skoda Octavia modelinin salonu daha geniş olub. İkinci cərgənin sərnişinlərinin ayaq zonasında məkan genişlənib, baqaj bölümünün həcmi isə artıb. Avropa bazarı üçün nəzərdə tutulmuş liftbek 600 litr (+10 l), Combi isə 640 litr (+30 l) tutur.

Yeni “Oktaviya” əvvəllər təklif edilməyən çoxsaylı opsiyalara sahib olub. Golf Mk8 modelinin ardınca Octavia da dinamik dönmə işıqları olan matrisa tipli ön fənərlərə, proyeksiya displeyinə, üçzonalı iqlim sisteminə, masaj və havalandırması olan ön kreslolara malik olub. Modelin opsiyalar siyahısına 230 voltluq çıxış, Sleep Package (açılan yanları olan başlıqlar və yorğan), həmçinin genişləndirilmiş elektron yardımçılar dəsti də daxil edilib. Arxa qapılarda olan “uşaq” qıfılları elektrik ötürməsinə malik olublar.  

Avropada yeni Octavia dörd asqı variantı ilə təklif ediləcəkdir: standart, idman (- 15 mm), adaptive DCC (- 10 mm) və pis yollar üçün dəst (+15 mm). Təchizat səviyyəsi üç varianta – Active, Ambition və Style, - malikdir.

Mühərrik çeşidinə gəldikdə isə, Skoda Octavia Avropa bazarında 110 at qüvvəli 1,0 TSI “turboüçlüyü” və 150 at qüvvəli 1,5 TSI “turbodördlüyü” ilə təklif olunur. Hər iki aqreqat 6-pilləli mexaniki qutu və ya 7-pilləli DSG “robotu” ilə təchiz edilə bilər. Avtomatik qutuya malik olan avtomobilləri 48 voltluq elektrik hissəsi olan “yumşaq” hibridlər ilə sifariş etmək olar. Hibrid əlavə qayış ötürməsi olan startyor-generator və kiçik tutumlu litium-ion batareyasından ibarətdir. 190 at qüvvəli 2,0 TSI mühərriki yalnız 7-pilləli DSG “robotu” və tam ötürmə sistemi ilə təklif ediləcəkdir.

2,0 TDI turbodizeli isə 115, 150 və 200 at qüvvəli variantlarda təklif edilir. 150 və 200 at qüvvəli dizellər tam ötürmə ilə də sifariş etmək mümkündür. Əlbəttə ki, qazla işləyən G-Tec versiyası da olacaqdır. Octavia G-Tec 130 at qüvvəli 1,5 TSI mühərriki və 17,7 kiloqramlıq metan balonları və 9-litrlik yanacaq çəni ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Octavia modelinin məişət şəbəkəsindən qidalanan iki tamölçülü Octavia iV adlanan hibrid versiyası da təklif edilir. Hər iki modifikasiya 1,4 TSI mühərriki, elektromotor quraşdırılmış 6-pilləli «robot» və 13 kVs-lıq batareya ilə təchiz ediləcəkdir. Skoda Octavia iV modelinin baza versiyası 204 at qüvvəsinə, daha güclü versiya isə 245 at qüvvəsinə malik olacaqdır. Skoda Octavia iV modelinin yeganə çatışmamazlığı 25% azalmış baqaj bölümüdür.

Dördüncü nəsil Skoda Octavia modelinin Avropadakı satışlarına 2020-ci ilin əvvəlində başlanacaqdır.2020-ci ildə model xətti RS və Scout versiyaları ilə tamamlanacaqdır.