Toyota şirkəti yeni nəsil Land Cruiser modelinin təqdimatını bil il də təxirə salıb. İlkin olaraq, avtomobili bu ilin yayında nümayiş etdirmək planlaşdırılırdı. İndi isə, azərbaycanlıların sevimlisi olan ofrouderi 2021-ci ilin yayından tez gözləməyə dəyməz.

Toyota Land Cruiser 200 modeli artıq 13 ildir ki istehsal edilir. Rəsmi olaraq, 2007-ci ildə debüt emiş LC 200 modeli, 2012 və 2015-ci illərdə yenilənmədən keçib. Bir çox dilerlər və müştərilər yeni modelin təqdimatını yayda gözləsələr də, BestCarWeb saytının bildirdiyinə görə, təqdimat bir təxirə salınıb. Təqdimatın vaxtının dəyişdirilməsinin səbəbləri açıqlanmayıb. Mümükün olan səbəblərdən birinin, bir çoxlarının planlarını alt-üst etmiş koronavirus və onu yaratdığı qlobal iqtisadi böhran olduğu göstərilir.