Nürburqrinqdə sınaqları keçirilmiş Toyota Supra GR sportkarı, eyni platformanı və aqreqatları bölüşdüyü BMW Z4 modelini üç saniyə qabaqlayıb.

Yapon kupesinin sükanı arxasında BMW Z4 modelinin də sınaqlarını keçirmiş Sport Auto nəşrinin jurnalisti olub.  Yenidən həyata qaytarılmış Supra modelinin beşinci nəsli “Şimal ilgəyini” 7 dəqiqə 52,17 saniyəyə qət edib. Bənzər 340 at qüvvəli altısilindrli mühərrikə malik olan Z4 modelinin nəticəsi 3,24 saniyə zəif olub.