Vandenbrink Design kuzov atelyesi Vandenbrink Shooting Brake adlı universalın ilk nüsxəsini təqdim edib. 2008-ci ildə buraxılacağı anons edilmiş avtomobil yerli kolleksiyaçıların birinin sifarişi ilə hazırlanıb. Şutinq breyk Ferrari 612 Scaglietti modelinin əsasında yaradılıb.

Vandenbrink Shooting Brake modelinin hər bir nüsxəsi xüsusi sifarişlə inşa ediləcəkdir. Avtomobilin yaradılması zamanı sifarışçinin arzu və tələbləri nəzərə alınacaqdır. Bütün işlər Vandenbrink atelyesinin Amsterdamdakı fabrikində aparılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vandenbrink Shooting Brake modelinin əsasını 2011-ci ildə istehsaldan çıxarılmış Ferrari 612 Scaglietti kupesi təşkil edib. Atelye mütəxəssisləri avtomobilin damı uzadaraq iki şəffaf bölmə ilə təchiz ediblər. Bundan başqa, baqaj bölümünün qapısınin forması dəyişdirilib və qızdırılan şüşə ilə təchiz edilib. Nəticədə, avtomobil iri baqaj bölümünə sahib olub. 

Şutinq breyk 540 at qüvvəsi və 588 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. 100 km/saat həddinə avtomobil dörd saniyəyə sürətlənir.