Volvo şirkəti batareyalı XC40 Recharge və C40 Recharge modellərini ön ötürmədən arxa ötürməyə keçirib. Baza elektrik krossoverlərinin içalatı əhəmiyyətli dərəcədə dəyişib: mühərrik yer dəyişdirib və yeddi at qüvvəsi daha güclü olub, həmçinin dartma batareyasının tutumu və yürüş ehtiyatı artıb. Bundan əlavə, Volvo şirkəti özünün Avropadakı model çeşidinə 534 kilometrə (WLTP) qədər yürüş ehtiyatı və tutumu artırılmış batareyası olan XC40 Recharge və C40 Recharge modellərinin mono ötürmərli versiyalarını əlavə edib.

Volvo şirkətinin mətbuat xidməti XC40 və C40 elektrik krossoverlərinin yenilənməsinə məhəl verməyib, üstəlik yenilikləri zahiri cəhətdən ayırd etmək də mümkün deyil. Bundan sonra, baza krossoverlərində elektrik mühərriki arxa oxun ötürməsində yerləşəcək, eyni zamanda, 238 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edəcəkdir.

Volvo XC40 Recharge

Ən sadə versiyaların batareyalarının tutumu 69-dan 73 kilovat-saata qədər artırılıb, enerji istehlakı isə 10-20 faiz azaldılıb (modifikasiyadan asılı olaraq). Üstəlik batareyanın doldurulması sürəti də artırılıb, çünki artıq elektromobillər 200 kilovatlıq yükləməni dəstəkləyirlər.

Yeni Extended Range versiyası 82 kilovat-saatlıq batareyaya malikdir, arxadakı elektrik mühərriki isə, artıq  252 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Belə krossoverlər enerji doldurmadan 515-534 kilometr məsafə qət edirlər.

Volvo C40 Recharge

Tamötürməli XC40/C40 elektromobilləri də təkmilləşdiriliblər. Oxlar arasında yaxşılaşdırılmış batareya (82 kilovat-saat) yerləşdirilib, maksimal fırlanma anı  isə, 660-dan 670 Nm-ə qədər artırılıb.  Güc paylanması da dəyişdirilib: əgər Volvo əvvəllər eyni 204 at qüvvəli mühərriklərdən istifadə edirdisə, indi arxa elektrik mühərriki 245 at qüvvəsi, öndəki isə 163 at qüvvəsi hasil edir. Güc qurğusunun ümumi hasilatı əvvəlki kimi 408 at qüvvəsi təşkil edir. Təkmilləşdirmədən sonra yürüş ehtiyatı 13 faiz artırılıb.

Yenilənmiş Volvo XC40 və C40 elektromobilləri artıq əksər Avropa ölkələrində sifariş üçün əlçatandırlar. Modellərin qiymətləru də artıb: məsələn, Hollandiyada baza versiyasının qiyməti 7% bahalaşaraq 48 min avroya çatıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.