Bu günlərdə Yaponiyada ilin ən yaxşı avtomobilini müəyyən edən müsabiqə başa çatıb. Bu müsabiqənin qalibi fikirləşdiyiniz kimi yapon markalarının təmsilçilərindən biri olmayıb. Bu müsabiqədə iki il ardıcıl olaraq Volvo markasından olan avtomobil qalib gəlib.

Keçən ilki JCOTY müsabiqəsinin qalibi Volvo CX60 modeli olubdur. Bu il isə, avtomobilləri dizaynına, interyer tərtibatının keyfiyyətinə, yığcam ölçülərinə və təhlükəsizlik səviyyəsinə görə qiymətləndirlən 60 yerli jurnalist birincilik tacını Volvo XC40 modelinə veriblər.

Volvo XC40

Bu il müsabiqədə iştirak edən 27 namizəd arasında 10 yapon modeli iştirak edib. Doğan günəş ölkəsini Subaru Forester, Daihatsu Mira Tocot, Toyota Corolla Sport, Toyota Crown, Lexus LS, Nissan Serena e-Power, Honda Clarity PHEV, Honda CR-V, Mazda CX-8 və Mitsubishi Eclipse Cross modelləri təmsil ediblər. Finala 6 yapon və 4 avropa markasından olan avtomobillər çıxıb. Münsiflər heyətinin hər bir üzvü bu avtomobillər arasında 25 xalı bölüşdürməli idilər. 

Honda N-van

Nəticədə 363 xal toplayan Volvo XC40 krossoveri birinci yer tutub. Onu 314 xalla Toyota Corolla və 197 xalla Volkswagen Polo təqib edib. Sonrakı yerləri Toyota Crown (170), Mitsubishi Eclipse Cross (156), Mazda CX-8 (111), Alfa Romeo Stelvio (106), BMW X2 (47) və Honda Clarity PHEV (36) tutublar.

Bu müsabiqənin mövcud olduğu müddətdə xarici avtomobillər üç dəfə qalib olublar: 2017 və 2018-ci illərdə Volvo  və 2014-cü ildə Volkswagen Golf. Volvo XC40 modelindən başqa Honda Clarity PHEV - ən innivasiyon, BMW X2 - ən emosional, Daihatsu Mira Tocot isə ən yaxşı key-kar adına layiq görülüblər. Müsabiqənin xüsusi mükafatı Honda N-Van modelinə təqdim edilib.