Amerikanın nüfuzlu “Ward’s Auto” nəşri ən cəlbedici, keyfiyyətli və rahat interyerə malik yeni modellərin illik reytinqini dərc edib. 2023-cü ilin siyahısında hibridlər və elektromobillər üstünlük təşkil edir – onlar 10 yerdən altısını tutublar. Bu da məntiqlidir, çünki avtomobil istehsalçılarının ən qabaqcıl texnologiyalarını ilk alan modellər məhz batareyalı avtomobillərdir.

Ötən il olduğu kimi, 2023-cü ildə də reytinqə BMW iX, Kia EV6, Mercedes-Benz EQS modelləri və Rivian R1T pikap daxil olub. Mütəxəssislər yeni Toyota Tundra və hibrid Kia Sportage modellərinin interyerlərini də qeyd ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Reytinqdəki ənənəvi daxili yanma mühərrikli avtomobilləri Range Rover, Jeep Wagoneer L və Hyundai Palisade təmsil edirlər - onlar siyahıda keyfiyyətli tərtibat materialları, genişlik və hər bir cərgədəki rahat oturacaqlara görə yer alıblar. Reytinqdə yer almış yeganə klassik sedan isə BMW i7 elektrokarıdır.

"Kreativ və cəsarətli eksteryer dizaynı, eləcə də unikal və ekoloji cəhətdən təmiz interyer materialları erası başlayıb", - Wards Auto nəşrinin redaktoru Kristi Şvaynsberq bildirib. O, məlumat-əyləncə kompekslərinin istifadəçilər üçün daha anlaşılan olduğunu qeyd edib. Bir çox avtomobil istehsalçıları izafi yüklənmiş menyulardan imtina ediblər, smartfonun qoşulması daha da asanlaşıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.