Keçən ay Chevrolet şirkəti Şanxayda keçirilən avtosalonda yeni Tracker modelini təqim etsə də, yeni krossover barədə ətraflı məlumat verməmişdi. Üstəlik, avtomobil sərgidə tamamilə qaraldılmış şüşələr və bağlı qapılar ilə nümayiş etdirilirdi.

Bu günlərdə amerikan istehsalçısı yeni krossover barədə ətraflı məlumatı dərc edib. 4270 millimetrlik uzunluğa və 1791 millimetrlik enə malik olan krossover bu parametrlərə görə sələfindən elə də fərqlənmir. Lakin, yeni model əvvəlkindən 85 millimetr alçaq (1602 millimetr) olub. Krossoverin təkər bazası da 15 millimetr artaraq 2570 millimetrə bərabər olub. Ümumilikdə yeni krossover sələfinə nisbətən daha optimal ölçülərə malikdir.

Chevrolet Tracker modelinin salonu sadə olsa da, miskin deyildir: cihazlar paneli “quyulara” malik olub, mərkəzi konsol isı yeddi dərəcə sürücüyə tərəf çevrilib. Dəbdəbədən ikirəngli tərtibat və panoram tavan mövcuddur. Avtomobilin baqaj bölümü 390 (+34 ) litrdir. İkinci cərgənin qatlanması halında bu rəqəm 1334 (-38) təşkil edir.

Yeni Tracker ucuz yığcam avtomobillər üçün hazırlanmış yeni qlobal GEM olatformasında inşa edilən ilk modellərdən biridir. GM konserni bu platformaya tam çəkişli sistemin quraşdırılmasını təsdiqləməyib və çox güman ki, avtomobil ondən çəkişli olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində satılan avtomobil 115 at qüvvəsi hasil edən 1,0-litrlik “turboüçlük” və altı pilləli preselektiv “robot” ilə təchiz edilir. Sonradan 165 at qüvvəli 1,3-litrlik üçsilindrli mühərrikin və daha güclü 1,4-litrlik “turbodördlüyün” də təklif ediləcəyi gözlənilir.

Yeni Chevrolet Tracker modelinin Azərbaycanda satılması perspektivləri hələlik qaranlıq olaraq qalır.