Toyota şirkəti TNGA modul platformasında inşa edilən yeni nəsil Corolla sedanını təqdim edib. Yeni sedan Dynamic Force ailəsindən olan 2,0-litrlik mühərrikə və Direct Shift CVT variatoruna sahib olub. Əvvəlki nəsil sedan ilə müqayisədə yeni Corolla sedanı daha geniş olub. Kuzov çıxışlarının ölçüsü də dəyişibdir.

Avtomobilin ön çıxışı qısalsa da, arxa çıxış bir qədər artırılıbdır. Sedanın hündürlüyü də cüzi azalıbdır. Corolla modelinin tarixində ilk dəfə olaraq 18-düymlük təkər diskləri təklif ediləcəkdir. Sedan standart olaraq 16-düymlük adi təkər diskləri ilə təchiz edilir.

Yeni Corolla sedanın interyeri “ehtiraslı minimalism” üslubunda hazırlanmış dizayn malikdir. Ön panelin mərkəzində multimedia sisteminin yeddi və ya səkkiz düymlük sensorlu displeyi yerləşdirilir. Multimedia sistemi Apple CarPlay tətbiqini dəstəkləyir, həmçinin Amazon Alexia yardımçısına, Wi-Fi giriş nəqtəsinə, Bluetooth, USB-portları və səsin tanınması funksiyasına malikdir. Corolla modelinin təchizatına şüşlərin tərləməsinin qarşısını alan effektiv və yığcam klimat-kontrol da daxil edilibdir.

Cihazlar panelində 4,2 və ya 7,0-düymlük displey yerləşdirilə bilər. Toyota Corolla standart olaraq parça salonla təklif edilir. Əlbəttə ki, arzu edənlər SofTex materialını da seçə bilərlər.

Modelin mühərrik çeşidinə Corolla sahiblərinə yaxşı tanış olan 1,8-litrlik atmosfer mühərriki, həmçinin qarışıq çiləməsi və elektik su nasosu olan yeni 2,0-litrlik Dynamic Force mühərriki daxil edilibdir. Yeni aqreqat 171 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edir. Hər iki mühərrik altı pilləli mexaniki qutu və Direct Shift CVT variatoru ilə tandemdə çalışa bilər.  Avropa bazarında Corolla 122 at qüvvəli 1,8-litrlik, və 132 at qüvvəli 1,6-litrlik mühərriklə təklif ediləcəkdir.

Yeni Toyota Corolla sedanı Safety Sense 2.0 təhlükəsizlik kompleksi ilə təchiz edili ki, bu kompleksin tərkibinə öndən toqquşmaları xəbərdar edən sistem, adaptive kruiz-kontrol, zolaqda saxlama funksiyası, avtomatik uzaq işıqlar və yol nişanlarını oxunması sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt