"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights moda layihəsinin nümayişi keçirildi. Tədbir çərçivəsində Azərbaycan dizaynerlərinin Yeni il qabağı Fashion Bazaar yarmarkası keçirildi. Baku Fashion Nights tədbiri 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları tanıdan böyük layihədir.

Tədbir  çərçivəsində  Yeni il qabağı  Fashion Bazaar satış yarmarkası  keçirildi,  yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər.  Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif idi, burada müəllif geyimlərindən əlavə,  əl işi olan Venesiya maskaları,  əl çantaları,  gümüş və dağ büllurundan   hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.

Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı  proqram təqdim olundu.  Nümayiş dizayner Gulum Əsədullayevin "Somnia" adlı kolleksiyası ilə açıldı. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi oldu. 

Dizayner Nətgiz Muxtarova  “NRGZ” marka adı altında  "Ornamento" adlı geyim  kolleksiyasını təqdim etdi. Renara  Şəmsiyeva  cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirdi. Sonra modelyer-dizayner Əminə Cəfər   "Şah"  adlı  kolleksiyanı təqdim etdi. Həmçinin,  dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim etdi.   Öz növbəsində, Oksana Barxatova  Azərbaycan Fashion Week-də  böyük uğur  qazanan kolleksiyasını nümayiş  etdi.   Moda nümayişi axşamı  Əməkdar İncəsənət Xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatdı. Dəb tədbirinin təşkilatçıları FMS Models model agentliyi, “Baku Fashion Night” təşkilatı,  xanım Lyubov Qutorova-Poyraz və   “Excelsior  Hotel & Spa Baku”  oteli oldu.

Image alt Image alt Image alt Image alt