İyul ayının əvvəlində təqdim edilmiş Bentley Flying Spur Hybrid sedanı xüsusi versiyaya sahib olub. Flying Spur Hybrid Odyssean Edition adlandırılmış versiya EXP 100 GT konseptindən ilham alınaraq yaradılıb və ekoloji təmiz materiallar ilə tərtib edilmiş interyeri, xüsusi eksteryer dekoru və detallara daha çox diqqət yetirilməsi ilə fərqlənir.

Bentley şirkəti Odyssean seriyadan olan sedan üçün xüsusi kuzov rəngi palitrasını da yaradıb. Buna baxmayaraq, britaniyalılar avtomobili Bentley kataloqundakı istənilən rəngə boyamağa hazırdırlar.

Flying Spur Hybrid Odyssean Edition modelinin dəbdəbəli interyeri tonal çalarlı 100 faizlik yun iplikdən toxunmuş tvid (baş dayaqlarında oturacaqların kürək hissəindəki işləmələr) və açıq hüceyrəli Koa akasiyasından hazırlanmış şpon ilə bəzədilir. Belə şponun laklanmasına, parıltılı variant ilə müqayisədə 90% daha az lak tələb olunur.

Panellərin hazırlanması üçün, ən fakturalı material götürülür və onu əllə ümumi qalınlığı 0,1 millimetr olan üç qat qoruyucu lak ilə örtürlər. Qara qoz ağacına bənzəyən Koa ağacı yalnız Havay adalarında bitir və qorunan növə aiddir. Buna görə də, Koa ağacı mebel, şpon və musiqi alətləri istehsalçıları arasında yüksək qiymətləndirilir.

Sedanın mərkəzi konsolu Piano Linen şponu, oturacaqları, qapıları və dirsəkaltıları isə. etik üsulu ilə alınmış üç rəngdə dayanıqlı dəri ilə örtülür. Əsas rəng açıq qəhvəyi Linen rəngidir. Haşiyə rəngi isə, qara Beluga, boz Porpoise, tünd qırmızı Cricket Ball, dərin mavi Brunel və ya tünd qəhvəyi Burnt Oak rəngləri ilə birləşdirilən yumşaq qırmızımtıl Autumn rəngidir.

Flying Spur Hybrid Odyssean Edition sedanının oturacaqları bu model üçün unikal sayılan və bir rəngdən digərinə hamar keçidləri olan lofted diamond tikişləri ilə bəzədilir. Dərin xovlu standart döşəmə xalıları seçilən haşiyəyə malikdirlər və qoyun yunundan hazırlanmış variantlar ilə əvəzlənə bilərlər.

Bununla belə, Odyssean Edition sedanı standart olaraq fırlanan Bentley Rotating Display ekranı, işıqlandırılan Flying B fiquru, interyerin kontur işıqlandırması, üçölçülü teksturalı səthi olan dəridən hazırlanmış qapı kartları, habelə Touring Specification yardımçı sistemlər paketi ilə təchiz edilir.

Flying Spur Hybrid Odyssean Edition sedanının rənglənməsi üçün, altı boyadan ibarət olan rəng palitrası tövsiyə olunur: onların 21-düymlük təkər diskləri, fənərlər və bamperlərdəki Pale Brodgar haşiyələri ilə daha uyğun gəldiyi bildirilir. Dogrudur, başqa çalarları da seçmək mümkündür.

Texniki cəhətdən Flying Spur Hybrid Odyssean Edition modeli adi sedandan heç nə ilə fərqlənmir. Kapotun altında 416 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən  2,9-litrlik V6 biturbo mühərriki yerləşir. Güc aqreqatı 136 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılmış səkkiz pilləli preselektiv “robot” ilə tandemdə çalışır.

Nəticədə hibrid sistemin ümumi hasilatı 544 at qüvvəsi və 750 Nm təşkil edir. Bentley Flying Spur Hybrid modeli 100 km/saat həddinə 4.3 saniyəyə sürətlənir. Onun  maksimal sürəti isə 285 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik mühərriki baqaj bölümünün döşəməsinin altında yerləşən 14,1 kilovat-saatlıq litium-ion dartma batareyasından qidalanır. Sırf elektrik ötürməsi ilə Flying Spur hibridi WLTP dövrünə əsasən 40 kilometrə qədər məsafə qət edə bilər.  Hibrid sedanın maksimal yürüş ehtiyatı isə 700 kilometrdən çoxdur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.