Əvvəllər Lada 4x4 kimi tanınan Niva Legend modelinin beşqapılı modifikasiyası yeni top versiyaya sahib olub. Beşqapılı ofrouder artıq əvvəllər yalnız üçqapılı “Niva” üçün təklif edilən Black versiyasına sahib olub. Yeni versiya artıq Lada veb saytındakı qiymət siyahısında peyda olub və 729.900 rubl (16.800 manat) qiymətləndirilib.

AvtoVAZ şirkəti Black seriyasını keçən ilin oktyabr ayında təqdim edib. Bu seriya üç modeldən ibarət idi - üçqapılı 4x4 ofrouderi, Lada XRay krossoveri, həmçinin Lada Vesta Cross sedanı və universalı. İndi “Black” xəttinə beşqapılı Lada Niva Legend ofrouderi də qoşulub.

AvtoVAZ veb saytındakı yeni modelin şəkilləri hələlik dərc olunmayıb, lakin yeni top versiya üçqapılı ofrouderin top modifikasiyasından heç də fərqlənmir. Uzunbazalı Niva Legend Black modelini qara Niagara təkər diskləri və Pirelli şinləri, yan güzgülərin qara rəngli gövdəsi, xüsusi buraxılışın emblemləri və tünd rəngli arxa şüşələri sayəsində tanımaq olar. Tavan, günəşliklər, oturacaqlar və ERA-GLONASS bölməsi də qara rəngə boyanıb.

Beşqapılı Lada Niva Legend Black modelinin təchizatına ön elektrik şüşəqaldıranları, qızdırılan sürücü və ön sərnişin oturacaqları, elektriklə tənizmlənən qvə ızdırılan yan güzgülər, kondisioner, habelə salon və baqaj bölümündəki 12 voltluq rozetkalar daxildir.